Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elçin Müstafayev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:34, 5 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elçin Müstafayev
Mustafayev Elçin Rəfael oğlu
Elçin Müstafayev
Elçin Müstafayev
Doğum tarixi 6 dekabr 1988 (1988-12-06) (35 yaş)
Doğum yeri Flag of Azerbaijan.svg Azərbaycan, Şəki
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsi (bakalavr, 2006 – 2010); Səlcuq Universiteti (magistr, 2014 – 2019 )

Mustafayev Elçin Rəfael oğlu – peşəkar rəssam, İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən təşkil olunmuş 15-ci rəsm müsabiqəsinin qalibi, İstanbulda maket, heykəl və parkların qurulması üzrə ixtisaslaşmış özəl “Minyatür Art” şirkətində tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamı, Bilecik Şeyx Edebali Universitetinin (Türkiyə) Təsviri sənət və dizayn kafedrasının müəllimi.

Həyat və fəaliyyəti

Elçin Müstafayev öz emalatxanasında.

1988-ci ildə Şəkidə anadan olub. 2001–2006-ci illərdə Fuad Abdurəhmanov adına Şəki 1 saylı Uşaq incəsənət məktəbinin rəssamlıq dərnəyində rəssamlıq peşəsinin sirlərinə yiyələnib. 2006–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində bakalavr, hərbi xidmət borcunu yerinə yetirdikdən sonra isə 2014 – 2019-cu illərdə Türkiyənin Səlcuq Universitetində magistr təhsili alıb.

2013-ci ildən İstanbuldakı özəl “Minyatür Art” şirkətində işləyir, 2016-cı ildən “Minyatür Art” şirkətində tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamı və 2019-cu ilin sentyabrından Bilecik Şeyx Edebali Universitetinin Təsviri sənət və dizayn kafedrasının müəllimidir.

2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqına, 2013-cü ildən isə Gənc Rəssamlar Birliyinə üzv olub. Əsərləri bir sıra yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Sərgilərdə

Elçin Müstafayev İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən keçirilən 15-ci rəsm müsabiqəsində 1-ci yerə layiq görülmüş öz “Metroda ayaq üstündə dayanan qoca" tablosunun qarşısında, - 2019-cu il.
  • 2009-cu ildə Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən təşkil olunmuş “Kompozisiya” müsabiqəsində 3-cü yerə layiq görülüb.
  • 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş “Novruz etüdləri” adlı müsabiqədə 1-ci yerə layiq görülüb.
  • 2012-ci ildə Şəki şəhər Gənclər və İdman idarəsi və “Gənc novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə öz rəsm əsərləri ilə iştirak edib.
  • 2013-cü ildə “Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamların 3-cü Rəsm Sərgisini”ndə iştirak edib.
  • 2012-ci ildə İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bird aha enməz” adlı tədbir çərçivəsində təşkil olunmuş Türkiyədə yaşayan və fəaliyyət göstərən gənc rəssamların işlərindən ibarət rəsm sərgisində iştirak edib.
  • 2019-cu ildə İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən təşkil olunmuş 15-ci rəsm müsabiqəsində müsabiqəyə təqdim olunmuş 160 rəsm əsəri arasında onun “Metroda ayaq üstündə dayanan qoca" tablosu 1-ci yerə layiq görülüb.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə