Elçin Müstafayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Elçin Müstafayev
Mustafayev Elçin Rəfael oğlu
Elçin Müstafayev
Elçin Müstafayev.
Doğum tarixi 6 dekabr 1988 (1988-12-06) (35 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan
Təhsili

 • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, qrafika fakültəsi, bakalavriatura (2006–2010)

 • Səlcuq Universiteti (İstanbul), magistratura (2014–2019)
facebook səhifəsi

Elçin Mustafayev — peşəkar rəssam, maket, heykəl və parkların qurulması üzrə ixtisaslaşmış özəl “Minyatür Art” şirkətində (İstanbul, Türkiyə) tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamı, Bilecik Şeyx Edebali Universitetinin (Türkiyə) təsviri sənət və dizayn kafedrasının müəllimi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

Elçin Müstafayev öz emalatxanasında.

6 dekabr 1988-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

2001 – 2006-ci illərdə Fuad Abdurəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq dərnəyinə gedib.

2006 – 2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsində bakalavr pilləsi üzrə,

2014 – 2019-cu illərdə isə Türkiyənin Səlcuq Universitetində isə magistr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2013-ci ildən İstanbuldakı özəl “Minyatür Art” şirkətində işləyir; o cümlədən,

2016-cı ildən “Minyatür Art” şirkətində tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamıdır.

Pedaqoji fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

2019-cu ilin sentyabrından Bilecik Şeyx Edebali Universitetinin Təsviri sənət və dizayn kafedrasında müəllim işləyir.

Yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqına,

2013-cü ildən isə Gənc Rəssamlar Birliyinə üzv olub.

Əsərləri bir sıra yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Sərgilərdə[Vizual redaktə | HTML redaktə]

Elçin Müstafayev İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən keçirilən 15-ci rəsm müsabiqəsində 1-ci yerə layiq görülmüş öz “Metroda ayaq üstündə dayanan qoca” tablosunun qarşısında, – 2019-cu il.
  • 2009-cu ildə Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən təşkil olunmuş “Kompozisiya” müsabiqəsində 3-cü yerə layiq görülüb.
  • 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş “Novruz etüdləri” adlı müsabiqədə 1-ci yerə layiq görülüb.
  • 2012-ci ildə Şəki şəhər Gənclər və İdman idarəsi və “Gənc novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə öz rəsm əsərləri ilə iştirak edib.
  • 2013-cü ildə “Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamların 3-cü Rəsm Sərgisi”ndə iştirak edib.
  • 2012-ci ildə İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir çərçivəsində təşkil olunmuş Türkiyədə yaşayan və fəaliyyət göstərən gənc rəssamların işlərindən ibarət rəsm sərgisində iştirak edib.
  • 2019-cu ildə İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən təşkil olunmuş 15-ci rəsm müsabiqəsində müsabiqəyə təqdim olunmuş 160 rəsm əsəri arasında onun “Metroda ayaq üstündə dayanan qoca” tablosu 1-ci yerə layiq görülüb.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. "ŞKGK-un üzvü Elçin Mustafayev". https://shekikreativgenclerklubu.wordpress.com/ (azərb.). ŞKGK. 26 Aug 2019 tarixində arxivləşdirilib.
  2. "Azərbaycanlı rəssam İstanbulun Ümraniyə Bələdiyyəsinin rəsm yarışının qalibi olub". https://report.az/ (azərb.). Report İnformasiya Agentliyi. 26 May , 2019 14:59. 26 Aug 2019 tarixində arxivləşdirilib.