Elçin Nəbiyev
Elçin Nəbiyev (1967–2021) — hərbi aviasiya şturmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.
Elçin Nəbiyev | |
---|---|
Nəbiyev Elçin Fikrət oğlu | |
![]() | |
Elçin Nəbiyev. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
10 dekabr 1967-ci il tarixdə Balakən rayonunun Xalatala kəndində, ziyalı ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1986 – 1990-cı illərdə Aviasiya marşalı V.A.Sudsa adına Stavrapol Pilot və Şturman Ali Hərbi-Aviasiya Məktəbində(ru) (rus.: Ставропольское высшее военно-авиационное училище лётчиков и штурманов имени маршала авиации В. А. Судца) taktiki aviasiya sturmanı (rus.: штурманская тактическая авиации) ixtisası üzrə təhsil alıb.
Hərbçi fəaliyyəti Vizual/Mobil redaktə
Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində isə uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan şəxslərdən biri olub.
Vəfatı Vizual/Mobil redaktə
30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində 53 yaşında həlak olub.
1 dekabr 2021-ci il tarixdə Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Hərbi xidmətlərə görə” medalı (24.06.2003);
- III dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2003);
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı (26.06.2003);
- III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı (21.06.2006);
- II dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2008);
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı (19.07.2008);
- “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı (23.06.2012);
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı (24 iyun 2013);
- “Tərəqqi” medalı (16.08.2019).
Ailəsi Vizual/Mobil redaktə
Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndindən, anası Bahar isə Gəncədən idi. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışdılar.
Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə isə tanınmış rəhbər kadr Vahid Qəniyevin (1929–2023) qızıdır.
Ədəbiyyat Vizual/Mobil redaktə
- ... “Qaraheybət” şəhidi polkovnik Nəbiyev oğluna nə vəsiyyət edib? – “Əgər bir gün qayıtmasam...” : [arx. 02.12.2021] // Bizim.media. — 2021. — 2 dekabr. — Müraciət tarixi: 06.12.2021.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
...