Elşən Nəsibov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:17, 9 iyun 2020 tarixli dəyişiklik

Elşən Nəsibov (Elşən Məhəmməd oğlu Nəsibov; d.  1984, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki şəhər bələdiyyəsinin üzvü və sədr müavini (2020-ci ildən ).

Elşən Nəsibov
Nəsibov Elşən Məhəmməd oğlu
Elşən Nəsibov
Doğum tarixi 10 iyun 1984 (1984-06-10) (39 yaş)
Doğum yeri Şəki, Flag of the Soviet Union.svg SSRİ, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Sumqayıt Dövlət Universiteti

Haqqında məlumatlar

1984-cü ildə Şəki şəhərində anadan olub. Orta təhsilini Şəki şəhər 18 saylı orta məktəbdə, ali təhsilini Sumqayıt Dövlət Universitetində alıb. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Şəki rayon filialında baş mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. 2013-cü ilin yanvar ayında isə həmin filialın direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin sentyabr ayından Şəki Bələdiyyəsi Vergilərin yığımı şöbəsinin müdiri olub. Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş və seçilmişdir.

Ailəlidir, üç övladı var.

Həmçinin, bax:

Mənbələr

Şablon:Yaxşı məqalə