Eldar Əliyev

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:16, 19 dekabr 2020 tarixli dəyişiklik

Eldar Əliyev (1936 – 1984) — Azərbaycan sovet teatr və kino aktyoru. Həmçinin, Səməd Vurğun adına Rus Dram Teatrında, Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında rejissor vəzifəsində də çalışmışdır. Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti Dinarə Əliyevanın əmisidir.

Eldar Əliyev
Əliyev Eldar Həsən oğlu
Doğum tarixi 14 yanvar 1936(1936-01-14)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 fevral 1984 (48 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu

İncəsənət İnstitutunu
IMDb ID 3107848

Haqqında məlumatlar

1936-cı ildə Nuxada anadan olub.

Təhsili

Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində müxtəlif obrazlar yaradıb.

Vəfatı

27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.

Filmoqrafiya

  1. 1001-ci qastrol (tammetrajlı bədii film, 1974).
  2. Dəli Kür (film, 1969).
  3. Gümüşü furqon (film, 1982).
  4. Qız qalası əfsanəsi (film, 1978).
  5. Mən ki gözəl deyildim (film, 1968).
  6. Papaq (film, 2007).
  7. Sən niyə susursan? (film, 1966).
  8. Toral və Zəri (film, 1979).
  9. Yenilməz batalyon (film, 1965).

Şablon:Yaxşı məqalə