Eldar Zülfüqarzadə
Eldar Zülfüqarzadə (1938–2022) — tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü. 1989-cu ildə SSRİ Ümumittifaq Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə çalışmışdır. 1993-cü ildən ABŞ-da yaşayırdı və 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) əmək və elmi fəaliyyətlə məşğul olmuşdur.
Eldar Zülfüqarzadə | |
---|---|
Zülfüqarzadə Eldar Ənvər oğlu (rus.: Зульфугарзаде Эльдар Энверович/Энвер оглы) | |
Eldar Zülfüqarzadə. | |
Doğum tarixi | 27 noyabr 1938 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 24 iyun 2022 (83 yaşında) |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Təhsili |
• “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1960) • SSRİ EA Avtomatika və Telemexanika İnstitutunu (rus.: Институт автоматики и телемеханики (ИАТ) АН СССР), aspirantura (1962–1965) • Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978) |
Evladı | Teymur Zülfüqarzadə |
Atası | Ənvər Zülfüqarov |
Elmi rəhbəri | Boris Petrov |
Mükafatları |
Haqqında məlumatlar
27 noyabr 1938-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1955-ci ildə Bakıda orta məktəbi gümüş medalla bitirib.
1960-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (ixtisas: avtomatik, telemexaniki elektrik ölçmə cihazları və qurğuları) bitirib.
1962 – 1965-ci illərdə Moskvada – SSRİ EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturasında (rus.: Институт автоматики и телемеханики (ИАТ) АН СССР) təhsil alıb.
1978-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universitetini bitirib.
Elmi fəaliyyəti
1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1960 – 1967-ci illərdə Azərbaycan SSR EA Kibernetika İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis,
1970 – 1973-cü illərdə Ümumittifaq Texniki Məlumat, Təsnifat və Kodlaşdırma Elmi Tədqiqat İnstitutunda (rus.: Всесоюзный научно-исследовательский институт технической информации, классификации и кодирования) sektor müdiri,
1973-cü ilin iyunundan Ümumrusiya Elmi Tədqiqat Metroloji Xidmət İnstitutunda (rus.: Всероссийском научно-исследовательском институте метрологической службы) əvvəl sektor müdiri, sonra avtomatlaşdırılmış metrologiya informasiya-idarəetmə sistemi baş şöbəsinin müdiri və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
1989-cu ilin iyun ayında Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun əmək kollektivi tərəfindən institutun direktoru vəzifəsinə seçilib və SSRİ Qosstandartı tərəfindən həmin vəzifəyə təsdiqlənib (bu vəzifədə 1993-cü ilin sentyabr ayınadək çalışmışdır).
1993 − 2012-ci illərdə ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunun (ing. National Institute of Standards and Technology) dəvət olunmuş tədqiqatçısı olub.
Digər
1985 – 1993-cü illərdə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi məruzəçisi olub.
1992-ci ildən Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.
Təltif və mükafatları
Vəfatı
24 iyun 2022-ci il tarixdə – 83 yaşında, ABŞ-da vəfat edib.
30 iyul 2022-ci il tarixli “Elm” qəzetində (Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanıdır) AMEA Rəyasət Heyəti aparatı Elmi İrs Şöbəsinin rəhbərliyi və əməkdaşları adından vəfatı ilə bağlı “Azərbaycan elminə ağır itki üz verib” adlı nekroloq dərc olunub.
Ədəbiyyat
- Деятельность Европейской экономической комиссии ООН в сфере международно-правового регулирования процедур гармонизации стандартов : [arx. 11.07.2021] : [rus.] // Информационно-правовой портал, создан ООО «Издательская группа «Закон». — Müraciət tarixi: 13.07.2021.
- Вниманию членов Метрологической академии : [arx. 28.06.2022] : [rus.] // ФБУ «Ростест-Москва». — 2015. — 22 июля. — Müraciət tarixi: 28.06.2022.
- Azərbaycan elminə ağır itki üz verib // Şükürov A. Elm : qəzet / Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti. — Bakı: CBS, 2022. — В. 20 iyul. — № 28 (1338). — Səh. 8. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 noyabr 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |