Elgin Həbibullayev — Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı.

Elgin Həbibullayev
Həbibullayev Elgin Şirin oğlu
Elgin Həbibullayev
Elgin Həbibullayev.
Anadan olub 7 aprel 1977 (1977-04-07) (47 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə kredit fakültəsi
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2019

Haqqında məlumatlar Vizual/Mobil redaktə

7 aprel 1977-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1984 – 1992-ci illərdə Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbində,

1992 – 1994-cü illərdə Şəki şəhər 20 saylı orta məktəbində,

1994-cü ildən, əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit fakültəsində, sonralar isə Harvard Biznes Məktəbində (idarəetmə proqramı üzrə) təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri,

2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi, sonra aparat rəhbəri,

2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini,

20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb.

18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısıdır.

Təltif və mükafatları Vizual/Mobil redaktə

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı (22.06.2019).

Ailəsi Vizual/Mobil redaktə

Atası: Şirin Həbibullayev 2015-ci ildən Şəki Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.

Qardaşı: Elmir Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavinidir.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Nərimanov rayonunun yeni icra başçısı kimdir? : [arx. 25.11.2022] // Yeniavaz. — 2022. — 18 fevral. — Müraciət tarixi: 25.11.2022.
  2. Prezidentin yüksək vəzifəyə təyin etdiyi Elgin Həbibullayev kimdir? : [arx. 03.10.2022] // Müsavat. — 2022. — 18 fevral. — Müraciət tarixi: 25.11.2022.

Bildiriş Vizual/Mobil redaktə