Elman Mustafayev (kitab satıcısı)

......

Elman Mustafayev (1940–2019) — məşhur kitab satıcısı; 50 ildən artıq bir müddət ərzində Bakıda kitab satışı ilə məşğul olmuşdur.

Elman Mustafayev
Mustafayev Elman Soltan oğlu
Elman Mustafayev
Elman Mustafayev, 2017-ci il.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

4 yanvar 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1947 – 1957-ci illərdə Nuxa şəhər 5 №-li orta məktəbində,

1957 – 1959-cu illərdə Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində,

1965 – 1970-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

 
Heydər Əliyev Elman Mustafayevin kitab mağazasında.

1960-cı illərin əvvəllərində bir müddət Nuxada restoran müdiri işləyib.

1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1],

1980 – 1985-ci illərdə isə Bakıdakı ilk Kitab evinin direktoru olub.

Kitab evinin direktoru olduğu müddətdə xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil edib.

1985-ci ildən həyatının sonuna qədər İçəri Şəhərdə Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının – “İçəri Şəhər Kitab Evi”nin direktoru vəzifəsində çalışıb.

2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.

Publisistik fəaliyyəti Vizual/Mobil redaktə

 
“Kitab əhlinin sərrafı oldum” kitabının üz qabığı.

2013-cü ildə “Kitab əhlinin sərrafı oldum” kitabı “Elm” nəşriyyatında çap olunub. Kitabda həyatla bağlı fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer alıb.

Video Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. Vəfatından 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[1].

Qeydlər Vizual/Mobil redaktə

  1. İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.

İstinadlar Vizual/Mobil redaktə

  1. ...

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. ...
  2. ...

Bildiriş Vizual/Mobil redaktə

...

...