Elmar Məmmədzadə — ipək üzərində işlədiyi kölgə effektli portretləri ilə tanınan rəssam. Tanınmış rəssam Tünzalə Məmmədzadənin qardaşıdır.

Elmar Məmmədzadə
Məmmədzadə Elmar Adışirin oğlu
Elmar Məmmədzadə
Elmar Məmmədzadə sərgidə Azərtaca müsahibə verərkən.
Doğum tarixi 10 mart 1992 (1992-03-10) (32 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Pedaqoji Universiteti (2009–2013)

Haqqında məlumatlar

10 mart 1992-ci il tarixdə Şəkidə anadan olub.

1995-ci ildən ailəvi Bakıya köçüblər.

Təhsili

2009 – 2013-cü illərdə Azərbaycan Pedaqoji Universitetində təhsil alıb.

2016-cı ildə İstanbulda Biladım kurslarında 3d kursu keçib.

Hərbi xidmətdə

2015 – 2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Yaradıcılığı

İpək üzərində kölgə effektli portretlər işləyib. Kölgəli əsərləri haqqında xarici ölkələrin medyasında xəbərlər gedib. Əsərləri Azərbaycanda və dünyanın müxtəlif ölkələrində sərgilənmiş və şəxsi kolleksiyalara daxil edilmişdir. “Nəğməli dünyam” adlı əsərinin şəkli isə Dünya Gənc Türk Yazar Birliyinin (DGTYB) “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı layihəsi çərçivəsində hazırlanan toplunun üz qabığında dərc olunub.