Elmir Umudlu
Elmir Umudlu (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elmir Umudlu | |
---|---|
Umudlu Elmir Pərviz oğlu | |
![]() | |
Elmir Umudlu. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
25 mart 2001-ci il tarixdə Şəki rayonunun İnçə kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2007 – 2008-ci illərdə İnçə-Zunud kənd tam orta məktəbində,
2008 – 2015-ci illərdə Bakı şəhər orta məktəblərindən birində,
2015 – 2018-ci illərdə isə yenidən İnçə-Zunud kənd tam orta məktəbində təhsil alıb.
2018-ci ildə Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin nəqliyyat daşınmalarının təşkili fakültəsinə qəbul olunub.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində bir sıra döyüşlərdə, o cümlədən, Cəbrayıl şəhərinin, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Yaralanıb, lakin az müddət sonra yenidən döyüşlərə qatılıb.
Şəhid olması Vizual/Mobil redaktə
28 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Xocavənd rayonunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
31 oktyabr 2020-ci il tarixdə Zunud kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[2];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (24.06.2021)[3];
- “Xocavəndin azad olunmasına görə” medalı – ölümündən sonra (24.06.2021)[4].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə iki uşaq olublar. Subay idi.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021)....
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021)....
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELMİR Pərviz oğlu Umudlu : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video Vizual/Mobil redaktə
...
Bildiriş Vizual/Mobil redaktə
...