Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elmira Atayeva

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 18:26, 11 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Elmira Atayeva
Atayeva (Mövlazadə) Elmira Zahid qızı
Elmira Atayeva
Elmira Atayeva.
Doğum tarixi 23 avqust 1935 (1935-08-23) (88 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), AzSSR, SSRİ
Elm sahəsi geologiya
İş yeri AMEA Geologiya və Geofizika İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi geologiya-minerologiya elmləri namizədi
Elmi adı dosent
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2008

Elmira Atayeva — geologiya-minerologiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar

23 avqust 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1942 – 1944-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,

1944 – 1952-ci illərdə Bakı şəhər 190 №-li orta məktəbdə,

1953 – 1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun geoloii-kəşfiyyat fakültəsində,

1961 – 1963-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1967-ci ildə akademik Q.Ə.Əlizadənin rəhbərliyi altında “Qərbi Azərbaycanın Kür və İori çaylararası sarmat çöküntülərinin stratiqrafiyası və mollyuska faunası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

18-i xaricdə çap olunmaqla 59 elmi məqalənin müəllifidir.

Əmək fəaliyyəti

1958-ci ildə Azərbaycan SSR EA Geologiya İnstitutunda kiçik elmi vəzifəsində işə qəbul edilib. Sonra bu institutda əvvəl elmi işçi, sonra böyük elmi işçi, daha sonra aparıcı elmi işçi vəzifəsini tutub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Geologiya və Geofizika İnstitutunun fəlsəfə doktorları : Atayeva Elmira Zahid qızı : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
  2. Məmmədov Ə., Xalıqov F. Atayeva Elmira // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 44-47. — 1.000 nüsx.
  3. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Res­publikası Prezidentinin Sərəncamı // Xalq qəzeti : qəzet. — 2008. — В. 19 mart. — Səh. 2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 Nov 2018 - 6 Feb 2020.