Elnur İsgəndərov
Elnur İsgəndərov (1989–2016) — 2016-cı il Aprel döyüşləri şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb; 21 may 2016-cı il tarixdə medal onun yeganə övladı olan 6 aylıq oğlu Elman İsgəndərovun sinəsindən asılıb.
Elnur İsgəndərov | |
---|---|
İsgəndərov Elnur İsgəndər oğlu | |
![]() | |
Elnur İsgəndərov, 2015-ci il. | |
Doğum tarixi | 1 iyun 1989 |
Doğum yeri |
Şəki, ![]() ![]() |
Vəfat tarixi | 2 aprel 2016 (27 yaşında) |
Vəfat yeri |
Tərtər rayonu, ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
Mənsubiyyəti |
![]() |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbə |
![]() |
Təltifləri |
![]() ![]() |
Haqqında məlumatlarRedaktə
1 iyun 1989-cu il tarixdə Şəkidə anadan olub.
TəhsiliRedaktə
2006 – 2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Hərbçi fəaliyyətiRedaktə
2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb.
Şəhid olmasıRedaktə
2016-cı ildə baş vermiş Aprel döyüşlərində – aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən 26 yaşında qəhrəmancasına həlak olub.
Aprelin 11-də Şəki qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatlarıRedaktə
- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı (2013);
- “Vətən uğrunda” medalı (2016).
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |