Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elvin Nüsrətoğlu

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:05, 11 dekabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elvin Abdulxalıqov
Abdulxalıqov Elvin Nüsrət oğlu
Elvin Abdulxalıqov
Elvin Abdulxalıqov.
Doğum tarixi 16 iyul 1987 (1987-07-16) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, aktyor-rejissor bölümü (2015–2020)

 • Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi idarəetmə fakültəsi, politologiya ixtisası (2022–)

Elvin Abdulxalıqov — Kanal “S” televiziyasının (Şəki) əməkdaşı, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin tələbəsi.

Haqqında məlumatlar

16 iyul 1987-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1993 – 2004 cü illərdə Şəki şəhər 19 sayılı tam orta məktəbində,

2015 – 2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin aktyor-rejissor bölümündə təhsil alıb.

2022-ci ildən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsində politologiya ixtisası üzrə təhsil alır.

Digər

2000 – 2004-cü illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlığı,

2012 – 2015-ci illərdə şəhərində jurnalist kurslarında (Tbilisi, Gürcüstanın) jurnalistikanı öyrənib.

Əmək fəaliyyəti

2009-cu ildən Kanal “S” televiziyasında (Şəki) işləyir (aparıcı-müxbir, layihə rəhbəri, müəllif layihələri, təşkilatçı, prodüser). Müxtəlif illərdə ARB TV, Baku TV telekanalında da fəaliyyət göstərib.

2021-ci ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissorudur.