Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Elvin Nüsrətoğlu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elvin Abdulxalıqov
Abdulxalıqov Elvin Nüsrət oğlu
Elvin Abdulxalıqov
Elvin Abdulxalıqov, 2023-cü il.
Ləqəbi Elvin Nüsrətoğlu
Doğum tarixi 16 iyul 1987 (1987-07-16) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, aktyor-rejissor bölümü (2015–2020)

 • Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi idarəetmə fakültəsi, politologiya ixtisası (2022–)
Adının digər versiyaları Elvin Abdulxaliqov, Ельвин Абдулхалыгов, Елвин Адулхалыгов, Elvin Nusretoqlu, Elvin Nusretoglu, Ельвин Нусретоглу, Ельвин Нюсретоглу, Ельвин Нусретогли, Ельвин Нюсретогли, Елвин Нүсрәтоғлу
facebook səhifəsi

Elvin Nüsrətoğlu — Kanal “S” televiziyasının (Şəki) baş rejissoru, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin tələbəsi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 iyul 1987-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1993 – 2004-cü illərdə Şəki şəhər 19 sayılı tam orta məktəbində,

2015 – 2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin aktyor-rejissor bölümündə təhsil alıb.

2022-ci ildən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsində politologiya ixtisası üzrə təhsil alır.

Digər[redaktə | HTML redaktə]

2000 – 2004-cü illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlıq sənətini,

2012 – 2015-ci illərdə jurnalistika kurslarında (Tbilisi, Gürcüstan) jurnalist peşəsini öyrənib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2009-cu ildən Kanal “S” televiziyasında (Şəki) işləyir; o cümlədən,

2009 – 2020-ci illərdə aparıcı-müxbir, layihə rəhbəri, təşkilatçı, prodüser və s. vəzifələrdə çalışmış,

2020-ci ildən isə baş rejissor olmuşdur.

Müxtəlif illərdə ARB TV, Baku TV telekanalında da fəaliyyət göstərib.

2021-ci ildən həm də M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissorudur.