Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Emin Sabitoğlu

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Fəaliyyəti) tərəfindən edilmiş 17:41, 1 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Emin Sabitoğlu
Mahmudov Emin Sabit oğlu
Emin Sabitoğlu
Emin Sabitoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1937(1937-11-02)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 18 noyabr 2000 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi bəstəkar
Atası Sabit Rəhman

Mükafatları Lenin komsomolu mükafatı — 1968"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979Azərbaycan SSR dövlət mükafatı — 1986"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000
"Şöhrət" ordeni  — 1997

Emin Sabitoğlu (Mahmudov Emin Sabit oğlu) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, bir çox məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarı.

Haqqında məlumatlar

2 noyabr 1937-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1954 – 1956-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında – Qara Qarayevin sinfində, 1956 – 1961-ci illərdə isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasındə – Yuri Şoporinin bəstəkarlıq sinifinə təhsil alıb.

Vəfatı

18 noyabr 2000-ci il tarixdə Bakıda vəfat edib.

Ailəsi

Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

Əmək fəaliyyəti

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib. Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq,hələ də əsərləri ilə yaddaşlarda qalıb.

Mükafatları

Xatirəsi

Emin Sabitoğlunun xatirə lövhəsi (Bakı)

5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[1].

Filmoqrafiya

Səs operatoru kimi

  1. Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film)

Musiqi tərtibatçısı kimi

  1. 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
  2. Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film)
  3. Paltar fabriki (film, 1962) (qısametrajlı sənədli film)
  4. Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film)
  5. Sabahın xeyir, Bakı! (film, 1964) (qısametrajlı sənədli film)
  6. Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film)
  7. Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film)
  8. Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film)

Bəstəkar kimi

  1. Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film)
  2. Kür (film, 1963) (qısametrajlı sənədli film)
  3. Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film)
  4. Dağ meşəsindən keçərkən... (film, 1964) (qısametrajlı bədii film)
  5. Dəniz (film, 1965) (qısametrajlı sənədli film)
  6. Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
  7. Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
  8. Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film)
  9. O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film)
  10. Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film)
  11. Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film)
  12. Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film)
  13. Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film)
  14. Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film)
  15. Sahil bağı (film, 1967) (qısametrajlı bədii film)
  16. Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film)
  17. Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film)
  18. Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
  19. Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film)
  20. Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film)
  21. Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film)
  22. Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film)
  23. Ad günü (film, 1977) (tammetrajlı bədii film)
  24. Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film)
  25. Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
  26. Od içində (film, 1978) (tammetrajlı bədii film)
  27. Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
  28. İstintaq (film, 1979) (tammetrajlı bədii film)
  29. Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film)
  30. Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film)
  31. Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası)
  32. Park (film, 1984) (tammetrajlı bədii film)
  33. Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film)
  34. Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film)
  35. Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
  36. Yaramaz (film, 1988) (tammetrajlı bədii film)
  37. Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası)
  38. Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film)
  39. Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film)
  40. Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film)
  41. Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film)
  42. Təhminə (film, 1993) (tammetrajlı bədii film)
  43. Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film)
  44. Otel otağı (film, 1998) (tammetrajlı bədii film)

Əsərlərindən istifadə olunan filmlər

  1. Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
  2. Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti)
  3. Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
  4. De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film)
  5. Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film)
  6. Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
  7. Dairə (film, 1989) (qısametrajlı bədii film)
  8. Qayıdış (film, 1992) (qısametrajlı sənədli film)
  9. Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
  10. Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film)
  11. Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)
  12. Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film)

İştirak etdiyi filmlər

  1. Aktrisanın təbəssümü (film, 1974) (tammetrajlı bədii-sənədli film)
  2. Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)

Aktyor kimi

  1. Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
  2. Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
  3. Təhminə (film, 1993) (tammetrajlı bədii film)

Haqqında çəkilən film

  1. Gün keçdi (film, 2012) (qısametrajlı sənədli film)

İstinadlar

  1. president.az (05.08.2017). ""Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[5 avqust]] [[2017-ci il]] tarixli, 3143 nömrəli [[Sərəncam]]ı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.

Mənbə

  • “Bu dənizin gözü yaşlı sənsiz...” //Xalq.- 2002.- 26 noyabr.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.

Xarici keçidlər