Faiq Ələsgərov — tanınmış şahmatçı və iş adamı; 2018-ci ildə San-Hose şəhərində (Kaliforniya, ABŞ) Şahmat Akademiyası təsis etmiş və həmin vaxtdan, həmin akademiyanın prezidenti kimi fəaliyyət göstərməkdədir.

Chess tile kl-whitebg.svg
Faiq Ələsgərov
Ələsgərov Faiq Səttar oğlu
Faiq Ələsgərov
Faiq Ələsgərov, 2014-cü il.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 30 aprel 1985 (1985-04-30) (39 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
FİDE reytinqi 2400-dən az (aprel 2022)
Atası Səttar Ələsgərli
Təhsili

Azərbaycan Dillər Universiteti, bakalavriat (2002–2006)

“Xəzər” Universiteti, magistratura (2006–2008)

Texas Texnologiya Universiteti, magistratura (2011–2015)

Haqqında məlumatlar

30 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1992 – 2002-ci illərdə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbdə,

2002 – 2006-cı illərdə Azərbaycan Dillər Universitetində (bakalavriat),

2006 – 2008-ci illərdə “Xəzər” Universitetində (magistratura),

2011 – 2015-ci illərdə ABŞ-ın Texas Texnologiya Universitetində (magistratura) təhsil alıb.

Şahmat fəaliyyəti

1991 – 2002-ci illərdə Şəki Uşaq Şahmat Məktəbində şahmatın sirlərini öyrənib.

1994-cü ildə perspektivli şahmatçı kimi Faiq Moskvada keçirilən kişilər arasında dünya olimpiadasında qonaq qismində iştirak edib və bir necə tanınmış qrossmeysterlə yoldaşlıq oyunu keçirib. Bundan sonra dəfələrlə Azərbaycan, Avropa və Dünya çempionatlarında, müxtəlif beynəlxalq şahmat turnirlərində iştirak edib və bir neçə dəfə mükafata layiq yerləri tutub.

Faiq Ələsgərov ABŞ-da təsis etdiyi şahmat klubunun üzvləri və məşqçi qrosmeystr Zviad İzoriya birlikdə.


Ədəbiyyat

  1. "Our Coaches". http://www.advancechess.com/ (English). ADVANCE CHESS LLC. 20 May 2021 tarixində arxivləşdirilib.