Faiq Əliyev

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:23, 19 iyun 2021 tarixli dəyişiklik

Faiq Əliyev — tibb üzrə fəlsəfə doktoru, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçisi.

Faiq Əliyev
Əliyev Faiq Vəlhəm oğlu
Faiq Əliyev
Faiq Əliyev, 2021-ci il.
Doğum yeri Baş Layısqı, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ


Haqqında məlumatlar

12 may 1977-ci il tarixdə Şəki rayonunun Baş Layısqı kəndində anadan olub.

Təhsili

1984 – 1994-cü illərdə Baş Layısqı kənd orta məktəbində,

1994 – 2000-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2000 – 2001-ci illərdə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib.

2003 – 2006-cı illərdə ATU-nun II Cərrahi xəstəliklər kafedrasının aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

2006-cı ildə “Xroniki kolostazların cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2 kitabın, 3 metodik tövsiyyənin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin, 40 məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

1994 – 2000-ci illərdə 5 və 3 №-li TTTY stansiyalarında, Mərkəzi Neftçilər xəstəxanasında, Mərkəzi Hərbi Hospitalında feldşer,

2001 – 2003-cü illərdə Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib.

2006-cı ildən akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.

Ədəbiyyat

  1. "Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsi / Əliyev Faiq Vəlhəm oğlu". http://ecm.az/ (azərb.). M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi. 7 May 2020 – 18 Jan 2021 tarixində arxivləşdirilib.