Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ferhat Sametoğlu

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:48, 15 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Faiq Əsgərov
Əsgərov Faiq Vüsal oğlu
Doğum tarixi 29 sentyabr 1987 (1987-09-29) (36 yaş)
Doğum yeri Sumqayıt
İxtisası Swimming pictogram.svg üzgüçülük
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Fəaliyyəti məşqçi-müəllim

Əsgərov Faiq Vüsal oğlu - üzgüçülük idman növü üzrə Paralimpiya uşaq yığma komandasının, Sumqayıt şəhəri və İxitisaslaşmış Uşaq Gənclər İdman və Şahmat məktəbinin baş məşqçisi.

Həyatı

Əsgərov Faiq 29 sentyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə üzgüçülük ixtisası üzrə qiyabi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıa daxil olub. 3 il FHN-da işləyib və yalnız 2008-cı ildə məşqçilik fəaliyyətinə başlayıb.

2008-ci ildə 4 hovuzda gənc üzgüçülərin hazırlığı üçün aktiv iş gedirdi. Gələcəkdə ilkin hazırlıq qrupları ilə sərbəst işləməyə başlayacaq cavan məşqçilərlə də tədris aparılırdı. 2008-ci ilin 10 noyabrında Faiq Əsgərov Sumqayıt şəhərinin baş məşqçisi təyin olundu. Onun rəhbərliyi altında Sumqayıt Üzgüçülük Klubu yarandı.

2016-cı ildə Faiq Əsgərov, Zamir Əzizov, Emin Aslanov və Anar Məmmədov Azərbaycan Üzgüçülük Klubunu idarə etməyə başladılar. Klubun əsas vəzifəsi su idman növlərinin yayılması və uşaq üzgüçülüyün inkişafı idi. Azərbaycan üzgüçülüyü haqqında rus - azswimm.az və Azərbaycan dilində - az.azswimm.az[1] saytları və həmçinin facebook səhifələri açıldı.

2012-ci ildən başlayaraq Sumqayıt üzgüçüləri beynəlxalq yarışlarda iştirak etməyə başladı. GürcüstanTürkiyədə qızıl medallar qazanıldı. Cavan mütəxəssisin karyerasında ən məhsuldar il 2015-ci il oldu. Bu ildə Sumqayıtın baş məşqçisi hakim kimi Bakıda Birinci Avropa Oyunlarının iştirakçısı oldu. Həmin ildə Faiq Əsgərov Azərbaycan Uşaq Paralimpiya yığmasına rəhbərlik etdi və həmçinin Azərbaycan yığmasının məşqçilərindən biri oldu. Onun şagirdləri Nurlan Mahmudzadə, Fuad Rəcəbli və İlahə Raciyeva yığmanın üzvləri oldu. İlahə idman ustasına namizəd dərəcəsini yerinə yetirərək 2017-ci ildə Bakıda keçiriləcək İslam Oyunlarına hazırlıq qrupuna daxil oldu. Həmin ildə idman ustalığı normativini yerinə yetirməklə İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olub.

Faiq Əsgərov hal-hazırda Üzgüçülük üzrə Azərbaycan yığmasının, həmçinin Sumqayıt şəhər yığmasının və Üzgüçülük üzrə Azərbaycan Uşaq Paralimpiya yığmasının məşqçisi olmaqla yanaşı, həm də Sumqayıt Üzgüçülük Klubunun təsisçisi və Azərbaycan Üzgüçülük Klubunun təsisçilərindən biridir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Şablon:İdman növləri Şablon:Olimpiya idman növləri