Gülçin Abdullayeva — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri.

Gülçin Abdullayeva
Abdullayeva Gülçin Gülhüseyn qızı
Gülçin Abdullayeva
Gülçin Abdullayeva.
Doğum tarixi 20 yanvar 1947 (1947-01-20) (74 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu, 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası (laboratoriya rəhbəri)
Elmi dərəcəsi riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1965–1970)
Atası Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923–2013).
Anası Məsudə Xalıqova (1923–2012)
Mükafatları "Tərəqqi" medalı

Haqında məlumatlarRedaktə

20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.

TəhsiliRedaktə

1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.

1981-ci ildən başlayaraq həmin institutda baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində çalışıb.

2001-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəridir.

İkinci iş yerləriRedaktə

Azərbaycan Memarlıq və İnşaaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.

Elmi fəaliyyətiRedaktə

1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2000-ci ildə dosent elmi adını alıb.

Çapdan çıxmış 125 elmi əsərin müəllifidir (57-si xarici ölkədə və bunlardan da 38-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla). 6 fəlsəfə doktorunun elmi rəhbəri olub.

Təltif və mükafatlarıRedaktə

“Tərəqqi” medalı (2005).

AiləsiRedaktə

Ailəlidir, iki oğlu var.

ƏdəbiyyatRedaktə

  1. "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.

Vikikitabda Gülçin Abdullayeva ilə əlaqəli kitablar var.