Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Hüseyn Mehdiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hüseyn Mehdiyev
Mehdiyev Hüseyn Mahmud oğlu
Hüseyn Mehdiyev
Hüseyn Mehdiyev, 2017-ci il.
Doğum tarixi 19 mart 1945 (1945-03-19) (79 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Nadir Mehdiyev
Peşəsi rejissor, ssenarist, operator
Təhsili Moskva Kinematoqrafiya İnstitutu (1972 – 1977)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000
IMDb ID 0575346
şəxsi saytı
facebook səhifəsi

Hüseyn Mehdiyev — tanınmış kinorejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri.

Haqqında məlumatlar

19 mart 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1972 – 1977 illərdə Moskva Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1977-ci ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında əmək fəaliyyətinə başlayıb; əvvəl quruluşçu-operator,

1984-ci ildən isə quruluşçu rejissor vəzifəsində çalışıb.

1993 – 2001 illərdə «Azərkinovideo» İB-nin baş direktor müavini,

1999-cu ildən isə Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri olub.

Yaradıcılıq uğurları

1997-ci ildə I Beynəlxalq Madrid Kinofestivalında "Özgə vaxt" bədii filmi “Ən yaxşı rejissor işinə görə” nominasiyasının qalibi olub.

Təltif və mükafatları

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978);
  2. Babamızın babasının babası (film, 1981);
  3. Böyük anda sadiqik (film, 1981);
  4. Brakonyer, yoxsa balıqçı? (film, 1991);
  5. Daha bir fənd (film, 1978);
  6. Diaqnoz (film, 1991);
  7. Diplom işi (film, 1979);
  8. Dissonans (film, 1978);
  9. Dostuma məktub (film, 1992);
  10. İşgüzar səfər (film, 1982);
  11. Qəm pəncərəsi (film, 1986);
  12. Qırmızıbayraqlı Azərbaycan (film, 1980);
  13. Qız qalası əfsanəsi (film, 1923) (bərpanın layihə rəhbəri);
  14. Qoca palıdın nağılı (film, 1984);
  15. Məkanın melodiyası (film, 2004);
  16. Mirzə Fətəli Axundov (film, 1982);
  17. Özgə vaxt (film, 1996);
  18. Səhnədə keçən həyat (film, 1991);
  19. Süd dişinin ağrısı (film, 1987);
  20. Süni bənövşələr (film, 2007);
  21. Şahid qız (film, 1990);
  22. Şəhərli biçinçilər (film, 1986);
  23. Şuşa (film, 1978);
  24. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980);
  25. Tərlan Musayeva (film, 1980);
  26. Udi xalqı (film, 1993);
  27. Vah!.. (film, 1980).

Ədəbiyyat

  1. "Dünyaya "Özgə vaxt"dan baxan sənətkar". http://az.baku-art.com/ (azərb.). Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı. 18 Mar 2021 tarixində arxivləşdirilib.
  2. "Biofilmoqrafiya". http://huseyn.az/ (azərb.). Hüseyn Mehdiyev. 23 Feb 2015 – 14 Oct 2016 tarixində arxivləşdirilib.