Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Həbib xan Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:32, 17 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Həbib xan Şəkinski
Şəkinski Həbib xan Süleyman xan oğlu
Həbib xan Şəkinski.jpg
Həbib xan Şəkinski
Zəngəzur qəzasının rəisibayraq
1918 — 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1880(1880-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1956(1956-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Süleyman xan Həsən xan oğlu Şəkinski
Həyat yoldaşı Həcər xanım Mirzə Kərim bəy qızı Hacıyeva
Uşağı

Süleyman Hacıyev

Barat Şəkinskaya

Səriyyə Hacıyev

Həbib xan Şəkinski – Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi[1].

Həyatı

1880-ci ildə Şuşada anadan olub.

İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi.[1]

Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur[1].

1956-cı ildə Bakıda vəfat edib.

Ailəsi

Həbib xan at belində

Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın kötücəsidir.

Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdur.

İstinadlar

  1. 1,0 1,1 1,2 İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013

Həmçinin bax