Hadi Rəcəbli
Hadi Rəcəbli — I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor.
Hadi Rəcəbli | |||||||
---|---|---|---|---|---|---|---|
Rəcəbli Hadi Musa oğlu | |||||||
Hadi Rəcəbli, 2013 | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 25 oktyabr 1947 | ||||||
Doğum yeri | Viravul kəndi, Lənkəran rayonu| Azərbaycan SSR, SSRİ | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Milliyyəti | azərbaycanlı | ||||||
Partiya | Sov.İKP | ||||||
Təhsili | Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini | ||||||
Təltifləri | |||||||
Səhifə: http://fb.com/h.recebli |
Həyatı
Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.
Siyasi Fəaliyyəti
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir.
Medalları və təltifləri
Siyasi elmlər doktoru, professordur.
- "Əmək igidliyinə görə" medalı (1976),
- "Əmək rəşadətinə görə" medalı (1977),
- "Şərəf" nişanı (1986),
- "Şöhrət" ordeni (2007),
- İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.
Ailəsi
Evlidir, 4 övladı, 10 nəvəsi var.