Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Hadi Rəcəbli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hadi Rəcəbli
Rəcəbli Hadi Musa oğlu
Hadi Rəcəbli.jpg
Hadi Rəcəbli, 2013
Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
17 dekabr 1983 — 26 noyabr 1988
bayraqAzərbaycan KP MK-nın inspektorubayraq
1981 — 1983
bayraqLənkəran Şəhər İcraiyyə Komitəsinin sədribayraq
1980 — 1981
bayraq“Bakinski raboçi” qəzetinin xüsusi müxbiribayraq
1978 — 1980
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin birinci katibibayraq
1972 — 1978
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibibayraq
1971 — 1972
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1947 (1947-10-25) (73 yaş)
Doğum yeri Viravul kəndi, Lənkəran rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili

Moskva Yeyinti Sənayesi İnstitutu, texnologiya fakültəsi

Bakı Ali Partiya məktəbini
Mükafatları "Əmək igidliyinə görə" medalı  — 1976 "Şərəf Nişanı" ordeni  — 1986 "Şöhrət" ordeni (Azərbaycan) — 2007 II dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017

Hadi Rəcəbli – Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Sosial Siyasət Komitəsinin sədri (1995 – 2020), Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru və professor.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

25 oktyabr 1947-ci il tarixdə Lənkəran rayonunun Viravul kəndində anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1963 – 1971-ci illərdə Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı,

1971 – 1972-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi,

1972 – 1978-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibi,

1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

1980 – 1981-ci illərdə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri,

1981 – 1983-cü illərdə Azərbaycan KP MK-nın inspektoru,

1983 – 1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,

1989 – 1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışmış,

1995 – 2020-ci illərdə birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Sosial Siyasət Komitəsinin sədri olmuşdur.

İctimai–siyasi fəaliyyəti[redaktə | əsas redaktə]

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Orden və medalları[redaktə | əsas redaktə]

Ailəsi[redaktə | əsas redaktə]

Evlidir, 4 övladı, 10 nəvəsi var.

Həmçinin, bax:[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • "Deputat Hadı Rəcəbli ilə FOTOSÖHBƏT". https://modern.az/ (azərb.). Modern.az. 25 Oktyabr 2017. 9 Jun 2016 - 17 Sep 2019 tarixində arxivləşdirilib.