Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Hadi Rəcəbli

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:48, 28 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Hadi Rəcəbli
Rəcəbli Hadi Musa oğlu
Hadi Rəcəbli.jpg
Hadi Rəcəbli, 2013
Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
17 dekabr 1983 — 26 noyabr 1988
bayraqAzərbaycan KP MK-nın inspektorubayraq
1981 — 1983
bayraqLənkəran Şəhər İcraiyyə Komitəsinin sədribayraq
1980 — 1981
bayraq“Bakinski raboçi” qəzetinin xüsusi müxbiribayraq
1978 — 1980
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin birinci katibibayraq
1972 — 1978
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibibayraq
1971 — 1972
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1947 (1947-10-25) (76 yaş)
Doğum yeri Viravul kəndi, Lənkəran rayonu| Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Partiya КПСС.svg Sov.İKP
Təhsili Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini
Təltifləri "Əmək igidliyinə görə" medalı  — 1976 "Şərəf Nişanı" ordeni  — 1986 “Şöhrət” ordeni (Azərbaycan) — 2007 II dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017
Səhifə: http://fb.com/h.recebli

Hadi Rəcəbli — I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor.

Həyatı

Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Siyasi Fəaliyyəti

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir.

Medalları və təltifləri

Siyasi elmlər doktoru, professordur.

  • "Əmək igidliyinə görə" medalı (1976),
  • "Əmək rəşadətinə görə" medalı (1977),
  • "Şərəf" nişanı (1986),
  • "Şöhrət" ordeni (2007),
  • İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.

Ailəsi

Evlidir, 4 övladı, 10 nəvəsi var.

Mənbə