Mübariz (qəzet)

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]] {{Qəzet | adı = Mübariz | növ = | loqo = | şəkil məlumat = |...' ilə yarat) tərəfindən edilmiş 01:03, 24 iyul 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

“Mübariz” qəzeti (1933–?) — Nuxa MTS siyasi şöbəsinin orqanı. 23 oktyabr 1933-cü il tarixdən Nuxada (indiki Şəki) nəşr olunmağa başlayıb. 1933 – 1934-cü illərdə qəzetin redaktoru Həsən Şahgəldiyev olmuşdur. Həmçinin, həmin illərdə Sabit Rəhman da qəzetin redaksiyasında işləmişdir[q 1]. Qəzetin birinci nömrəsinin çapdan çıxmasının birinci ildönümü münasibəti ilə 23 oktyabr 1934-cü il tarixli “Şəki fəhləsi” qəzetinin 1-ci səhifəsində Azərbaycan K(b)F Nuxa şəhər komitəsinin brinci katibi F.Abbasovun və “Şəki fəhləsi” qəzeti redaksiyasının “Mübariz” qəzetinə təbrikləri dərc olunmuşdur. Həmçinin, 1-ci səhifədə qəzetin redaktoru Həsən Şahgəldiyevin şəkli də dərc olunmuşdur.

Picto infobox newspaper.png
Mübariz
Təsisçilər Nuxa MTS siyasi şöbəsi
Redaktor Həsən Şahgəldiyev
Yaranma tarixi 23 oktyabr 1933-cü il

Qeydlər

  1. Sabit Rəhman artıq 1934-cü ildə Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb. Həsən Şahgəldiyev isə 21 fevral 1935-ci il tarixdən “Şəki fəhləsi” qəzetinin məsul redaktoru idi.

Ədəbiyyat

Nuxa MTS siyasi şöbəsinin orqanı “Mübariz” qəzetəsinin bir yaşı tamam olmuşdur // M.Sani Şəki fəhləsi : qəzet. — 1934. — В. 23 oktyabr. — Səh. 1.