Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məhəmmədhüseyn xan

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:59, 3 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məhəmmədhüseyn xan
Məhəmmədhüseyn xan Həsən ağa oğlu
Məhəmmədhüseyn xan
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür.
III Şəki xanı
1759 — avqust 1780
Sələfi Ağakişi bəy
Xələfi Hacı Əbdülqadir xan
Şəxsi məlumatlar
Vəfat tarixi avqust 1780(1780-08-00) (avqust)
Dəfn yeri Şəki xan qəbiristanlığı, (özü tərəfindən tikilmiş 1-ci Cümə məscidinin mehrabının altında)
Dini islam
Atası Həsən ağa

Məhəmmədhüseyn xan (?–1780) — Hacı Çələbi xanın nəvəsi, 1759–1780-cı illərdə Şəki xanı olmuşdur. Atası Həsən ağa Hacı Çələbi xanın sağlığında, bir döyüşdə öldürülmüşdür. “Müşaqi” ədəbi təxəllüsü ilə şeirlər yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır. Onun sifarişi ilə 1765/1966-сı ildə (hicri 1179) indiki Şəkixanovların evi, 1769/70-ci ildə (hicri 1183) indiki Xan məscidi tikilib. 1780-cı ilin avqustunda əmisi Hacı Əbdülqadir xan tərəfindən hakimiyyətdən devrilərək boğdurmaq yolu ilə edam edilib.

Haqqında məlumatlar

1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəki xanı olur. 4 il sonra Ağakişi bəy Qazıqumuxlu Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Nuxanı tutur, 40 gün burada hakimiyyətdə olur. 40 gündən sonra, Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn ağa qonşu xanların köməyi ilə Məhəmməd xanı Nuxadan qovur və özünü Şəki xanı elan edir. Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin xan olması, Məhəmmədhüseyn xanın əmilərinin öz qardaş oğulları ilə ədavətə başlamasına gətirib çıxarır. Məhəmmədhüseyn xan əmilərindən birini – Cəfər ağanı, öldütdürür. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza sığınır (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadiri Qarabağ xanı İbrahim xan, Gürcüstan çarı İrakli dəstəkləməyə başlayır. Məhəmmədhüseyn xan dəfələrlə ora hücum etsə də Dardoqqaza daxil ola bilmir. Oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərir. Lakin Hacı Əbdülqadir ağa Məhəmmədhəsən xanı İbarahim xana göndərir ki, edam etdirsin. 1780-cı ilin avqust ayında Hacı Əbdülqadirin Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Günorta saatlarında qəflətən dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki Şəkixanovların evi olmalıdır) hücum ediblər. Məhəmmədhüseyn xan yanındakı oğlu Fətəli ağa ilə birlikdə basqınçılarla atışır. Oğlu tüfəngi doldurub verir, bu isə atır. Sonda yaralanaraq təslim olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir.

2021-ci il iyun ayının 3-də Şəki xan məscidinin mehrabının içində Məhəmmədhüseyn xanın qəbri açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.


Həmçinin bax

Vikimənbədə Məhəmmədhüseyn xan ilə əlaqəli məlumatlar var.