Şəki xan sarayı
Tarixi abidə | ||
Şəki xan sarayı Məhəmmədhəsən xan divanxanası | ||
Ölkə | Azərbaycan | |
Şəhər | Şəki | |
Arxitektura üslubu | İran memarlığı | |
Memar | şirazlı Hacı Zeynalabdul (Xadali Zeynalabdin) | |
Banisi | Məhəmmədhəsən xan | |
İlk xatırlanma | 1789/1790 | |
Təməlinin qoyulması tarixi |
1789/1790 | |
Xronologiya: 1789/1790 — Saray tikilir
1848 – 1851 — restavrasiya aprel/may 1825 — sarayda yanğın 1848 – 1851 — restavrasiya 1955 – 1965 — restavrasiya 24 oktyabr 2001 — UNESCO Ümumdünya irsinə namizədlər siyahısına salınıb 2002 — restavrasiya 7 iyul 2019 — UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib 19 iyul 2019 — Sarayın qarşısındakı 200-ə yaxın yaşı olan ağacın budağının qəflətən qırılaraq yerə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb xəsarət alanlardan biri 3 gün sonra xəstəxanada vəfat edib. | ||
Status | muzey | |
Hündürlük | 10 m | |
Sarayın birinci və ikinci mərtəbələrinin planı[1]. | ||
| ||
Koordinatlar | 41°12′16″N 47°11′54″E / 41.204444°N 47.198333°E 41°12′16″N 47°11′54″E / 41.204444°N 47.198333°E | |
Commonsda da Şəki xan sarayı ilə əlaqəli mediafayllar var |
Şəki xan sarayı (Məhəmmədhəsən xan divanxanası) — Şəkidə – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində beynəlxalq əhəmiyyətli tarixi mədəniyyət abidəsi, Şəki xanlığının keçmiş divanxanası, hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Tikintisinin başlanması tarıxi 1789/1790-cı ildir, İran memarlığı üslubunda[2][3] inşa edilib, şəhərin şimal-şərq tərəfində – şəhərin tarixi ərazisində yerləşir və qala divarları ilə əhatə olunur.
İki mərtəbəli, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarət olmaqla 300 m2 sahəyə malikdir. Ön – cənub, tərəfdən fasadı həndəsi və nəbati oyma naxışlarla bəzədilib. Bütün pəncərələri rəngli şüşələrdən yığılmış şəbəkə şəklindədir. Xalq yaşayış binalarının xüsusiyyətlərini də özündə əks etdirir.
Binanın birinci və ikinci mərtəbələrinin divarlarının hörgüsündə fərqli tikinti materiallarından və fərqli hörgü metodlarından istifadə edilməsinə, mərtəbələrarası əlaqənin olmamasına əsasən hesab edilir ki, sifarişçi sarayın əvvəlcə birmərtəbəli olmasını istəmiş, yaxud sarayı birmərtəbəli olaraq inşa etdirmiş, lakin sonradan fikrini dəyişərək ikinci mərtəbənin də tikilməsinə göstəriş vermişdir[4].
Qafqazın ən yaxşı XVIII əsr saray arxitekturası nümunələrindən[5] və İslam şərqinin incilərindən biri hesab olunur[6]. 7 iyul 2019-cu il tarixdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəkinin tarixi mərkəzi ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib[7].
Məhəmmədhəsən xan divanxanasının ilk təsviri[redaktə | HTML redaktə]
1819-cu ildə Şəki xanlığının ləğv olunmasının ardınca Rusiya İmperiyasının Gürcüstandakı baş komandanı Aleksey Yermolovun göstərişinə əsasən general-mayor Fyodr Axverdov və dövlət müşaviri (rus.: статским советник) Moqilyovski “Şəki əyalətinin təsviri”ni hazırlamışdılar. Təsvirə IX Yeger polkunun mayoru Lisaneviçin tərtib etdiyi və dövlət müşaviri Moqilyovski tərəfindən təsdiq olunmuş “Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında” raport da daxil idi. Raport indiki Xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikilməsi, xan üsuli-idarəsi dövründə “Divanxana”, sonra isə “Şəhər məhkəməsi” adlanması barədə məlumatlarla başlayır, sonra sarayın və ətrafındakı tikililərin vəziyyəti raportda geniş təsvir olunur[8].
Tikildiyi il[redaktə | HTML redaktə]
Məhəmmədhəsən xan divanxanasının tikilməyə başlanması tarixi yalnız maddeyi-tarixlərdə qeyd olunub; AMEA Əlyazmalar İnstitutunda Fr-1318/7464 şifrəsi altında saxlanılmaqda olan farsca maddeyi-tarixlər siyahısından ibarət üç ayrı-ayrı anonim əlyazmadan ikisində “Məhəmmədhəsən xanının şahnişin olmuş divanxanasının tikilməyə başlanması tarixi – 1207”-ci hicri ili (1789/1790) olaraq göstərilir[9][qeyd 1].
1846-cı ilin “Kafkaz” qəzetində (№24) dərc olunmuş “Nuxa” adlı məqalənin əvvəlində sarayın tikintisinin 1790-cu ildə, məqalənin sonunda isə 1797-ci ildə başa çatdığı göstərilir[10]. Britannik Ensiklopediyasının 1911-ci il nəşrində 1790-cı il Şəki xan sarayının tikintisinin başa çatması tarixi kimi təqdim olunur[11]. Rus etnoqrafı İosif Seqalın 1902-ci ildə çap olunmuş kitabında isə Şəki xan sarayının tikintisinin başa çatma tarixini 1797-ci il olaraq göstərilib[12]. İosif Seqalın göstərdiyi 1797-ci il tarixini azərbaycanlı tədqiqatçılarından Mikayıl Useynov və Kamil Məmmədzadə, müvafiq olaraq 1963 və 1983-cü ildə çap olunmuş kitablarında “daha doğru” tarix hesab ediblər[13][14].
Memarı[redaktə | HTML redaktə]
1846-cı ilin “Kafkaz” qəzetində sarayın memarının adı “Şiraz sakini Xadali Zeynalabdin”, İosif Seqalın kitabında isə “Şiraz sakini Hacı Zeynalabdul” kimi göstərilir[qeyd 2]. Lakin XX əsrin ortalarından etbarən, azərbaycanlı tədqiqatçılar Məhəmmədhəsən xan divanxanası ilə “Hüseyn xan imarəti”ni qarışdırmağa başladılar[qeyd 3].
XIX əsrdə və XX əsrin əvvəllərində bərpaçı usta və nəqqaşları[redaktə | HTML redaktə]
Müxtəlif illərdə Şəki xan sarayında təmir və bərpa işlərini həyata keçirmiş nəqqaş və ustalar sarayın divarlarında öz adlarını da həkk etməyi unutmurdular; sarayın divarlarında 1841 – 1851-ci illərdə bərpa işlərində iştirak etmiş 5 nəfərin (Əyyub Hacı İbrahim oğlu, Usta Baqi Əli oğlu, Kərbəlayi Hacı Hüseyn Yusif oğlu, Zəkəriyyə Misriyev, Mirzə Gül Əzizov) və XIX əsrin üçüncü rübü – XX əsrin əvvəllərində bərpa işlərində iştirak etmiş 3 nəfərin (Usta Qəmbər Qarabağlı, Qurbanəli, şamaxılı nəqqaş Mirzə Cəfər) adları aşkar olunmuşdur[15]. Adları aşkar olunan şəxslərdən yalnız biri – Usta Qənbər Qarabağlının öz dövrünün digər tikintilərində də nəqqaşlıq etməsi məlumdur; o, Şuşada Mehmandarovların evində oğlu Şükrü və qardaşı Səfərlə birlikdə fəaliyyət göstərmişdi[16]. Leonid Bretaniski və Boris Veymar XIX əsrdə birinci mərtəbədəki otaqların naxışlarının işlənməsində avropalı rəssamların da cəlb olunduğunu yazırlar[17][qeyd 4].
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Şəki xan sarayının tikilmə tarixi və memarı haqqında A R A Y I Ş
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ Üçüncü siyahı 1826-cı ildə verilmiş şəhadətnamənin boş qalmış dördüncü səhifəsinə yerləşdirilib. Həmin əlyazmalarla yaxından tanış olmuş Ədalət Tahirzadə hesab edir ki, üçüncü siyahı Hacı Çələbi əfəndinin yaxın adamı tərəfindən yazılıb və nə vaxtsa hamısı birlikdə, eyni adam tərəfindən Əlyazmalar Fonduna təhvil verilib (Tahirzadə Ə.Ş., 2005, s. 84).
- ↑ Leonid Bretaniski və Boris Veymar adın yalnız birinci versiyasını – “Şiraz sakini Xadali Zeynalabdin”i göstərirlər (Бретаницкий Л.С., Веймарн Б.В. , 1976).
- ↑ “Hüseyn xan imarəti”nin tikilmə tarixi barədə Çələbi əfəndi Zari tərəfindən qələmə alınmış bir maddeyi-tarix var; imarətin hicri 1183 (1765/1766)-cü ildə tikildiyi göstərilir. Salman Mümtaz 1925-ci ildə çap olunmuş bir məqaləsində həmin maddeyi-tarixi də vermiş və “Hüseyn xan imarəti”nin Şəkixanovların evi olduğunu, yalnız bir otağının ilkin görkəmində qaldığını göstərmişdir (Salman Mümtaz, 1925). 1958-ci ildə Niyazi Rzayevin “Nuxa fəhləsi” qəzetində dərc olunmuş kiçik məqaləsindən isə aydın olur ki, o, “Hüseyn xan imarəti”ni Şəki xan sarayı hesab edir, Şəki xan sarayının ikinci mərtəbəsindəki salonun tavanında “Ustad Abbasqulu” adını və hicri 1175 (1761/1762) tarixini oxuyub, Ustad Abbasqulunu sarayın memarı kimi görür (Rzayev N., 06.06.1958).
- ↑ AMEA Əlyazmalar İnstitutunda B-589/10505 şifrəsi altında saxlanılmaqda olan bir əlyazmanın 47-49-cu səhifələrindəki 60 maddeyi-tarixlərdən 38-ci maddeyi-tarixlərdə «Məhəmmədhəsən xan divanxanasının yanma tarixi – ramazan 1240» (Tahirzadə Ə.Ş., 2005, s. 219) göstərilir ki, buna əsasən aydınlaşır ki, 1825-ci ilin aprel – may aylarında Məhəmmədhəsən xan divanxanasında yanğın baş vermişdir. 5 aprel 1852-ci ci il tarixli “Qafqaz” qəzetində dərc olunmuş Divan bəy adlı bil şəxsin məqaləsində, göstərilir ki, 1844—1854-cü illərdə Qafqaz canişini olmuş Mixail Voronsov Şəki xan sarayının birinci mərtəbəsində bərpa işlərinin aparılmasına göstəriş vermişdir (Диван бек, 1852). Çox güman ki, avropalı bərpaçılar məhz Mixail Voronsovun dövründə sarayda bərpa işləri ilə məşğul olublar. Bəzi məlumatlara görə bu dövrdə sarayın bərpasına Məhəmmədhəsən xanın qardaşı oğlu Kərim ağa Şəkixanov rəhbərlik edib (Неймат М.С., 2001, с. 221). Lakin Kərim ağa Şəkixanovun oğlu Mustafa ağa Şəkixanov atasının yalnız Cümə məscidində təmir işləri apardığını yazır, Xan sarayı ilə bağlı isə heç nə yazmayıb. Amma atasının Qafqaz canişini Mixail Voronsovla isti münasibətlərinin olduğunu da qeyd edib (Tahirzadə Ə.Ş, 2005, s. 93). Mümkündür ki Kərim ağa Şəkixanov Şəki xan sarayında bərpa işlərinin aparılmasını Qafqaz canişini Mixail Voronsovdan xahiş etmişdir.
İstinadlar[redaktə | HTML redaktə]
- ↑ Аскарова Н. С., 1979.
- ↑ Palace ot the Khan Hussein, erected in the Persian style in 1760, and subsequently restored (Nukha, 1911).
- ↑ Sándor Radó, 1928, p. 756.
- ↑ Дадашев С. А., Усейнов М. А., 1948.
- ↑ Народы Кавказа: этнографические очерки, 1960.
- ↑ (George St. George, 1973, s. 276)
The Sheki Palace is one of the Jewels of the Islamic East, and the only palace which was fully and painstakingly restored to its original state in this part of the world.
- ↑ UNESCO World Heritage Centre.
- ↑ Описание Шекинской провинции, 1866.
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 217.
- ↑ (Нуха, 1846, сс. 95-96)Orijinal mətn (rus.)
Острог, особые флигеля к ханскому дому, и дворец, построенный в 1797 году, слепцом Мамед-Гасан-Ханом, памятник бывшего величия, богатства владетелей Шекинских и образец вкуса Персидских зодчих... Так—как город существует на нынешнем месте не более 70 лет, то древностей, или других достопримечательностей вовсе не существует, за исключением Ханского дворца в крепости. Строение это, в виде паралелограма, имеющого в длину 13 сажень, а в ширину 4 сажени, расположено в два этажа одинаково устроенных. Наружный вид не имеет ничего привлекательного; но во внутренности, расточено было все великолепие доступное народу необразованному. Комнаты расположены в строгой симметрии: с левой и правой стороны, по ступенчатому крыльцу; далее сени, на право и на лево комнаты, а в средине строения, большая зала с боковыми комнотками, отчего в заднем ея фассе образовался пространный паралелограмный альков. В зале нижнем, передняя, а в верхнем этаже передняя и задняя стены, всплош состоят из разноцветных стекол образующих приятныя фигуры, на подобие астр. В нижнем этаже посреди залы, прежде, при Хане, бил фонтан и освежал знойный воздух. Карнизы, стены, штучные потолки — с трудом уловимого, азиатского рисунка, все расписано по алебастру масляными красками, с позолотою, различными арабескими, цветами и фигурами, представляющими (в грубом виде) сражения казаков, триумфальное шествие Персидского завоевателя Шах-Надира, звериную охоту, и проч. Фигуры Шахов, зверей и казаков, вопреки тщательной штукатурки заботливых комендантов, местами пробиваются на Божий свет.
Великолепный этот дворец,– верх роскоши и вкуса персидских зодчих, — был и построен 1790 года Ширазским жителем Хадали-Зейналом—Абдином. Владетель Шекинский, Мамедъ-Гасан Хан, уже лишенный тогда зрения, за неповиновение Персидскому Шаху, клевретом его Агою Мамедом, вызвав этого мастера из Персии, так сказать, диктовал ему не только расположение здания, но все арабески, фигуры, все, что зараждалос в пылком воображении слепца и к счастию его, он не мог видеть осуществления своих фантазий; иначе, горько было бы его разочарование.
Постройка дворца, как говорить предание, стоила свыше 32 тысяч червонцев и совершена истощила Ханскую казну.
- ↑ Nukha, 1911.
- ↑ (Сегаль И. Л., 1902, с. 15) Orijinal mətn (rus.)
В 1797 году при Мамед-Гасан-хане, выстроен был великолепный для того времени ханский дворец, стоивший свыше 32 тысяч червонцев и совершенно истощивший ханскую казну. Строителем дворца был знаменитиый персидский архитектор, ширазский житель Гаджи-Зейнал-Абдул. Хану, однако, недолго пришлось любоваться красотою своего дворца: вскоре после его постройки Мамед-Гасан-хан был лишён зрения клевретом персидского шаха Мустафа-агою. Дворец этот — небольшое двухэтажное здание с огромными узорчатыми из разнообразного стекла окнами, со стенами, расписанными внутри и снаружи; по преданию, он скопирован с одного из летних дворцов персидского шаха. Перед дворцом обращают на себя внимание два гигантских чинара, на которых Мамед-Гасан-хан вешал приговорённых им к смертной казни людей, сам наблюдая за исполнением своего приговора. В настоящее время дворец находится в ведении местной администрации и неоднократно был ремонтирован. Перед фасадом имеется садик, теперь запущенный; тут-же находится и небольшой бассейн, в котором хан совершал омовение перед намазом.
- ↑ (Усейнов М. А., 1963, с. 314-316)
Надписи о времени сооружения дворца не сохранились и в настоящее время наиболее вероятной датой его постройки принято считать 1797 г., который приходится на период правления нухинского хана Мухаммеда Гасан-хана. Во всяком случае дата сооружения дворца ограничивается временем с 1762 по 1797 г.
- ↑ Мамед-заде К.М., 1983.
- ↑ Нейматова М.С., 2001.
- ↑ Аскарова Н. С., 1979.
- ↑ Бретаницкий Л.С., Веймарн Б.В., 1976.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 94.
- Нуха // Кавказ. — Тифлис, 1846. — № 24.
- Дадашев С. А., Усейнов М. А. Архитектура Азербайджана. — М.: Академии архитектуры СССР, 1948. — С. 20.</ref>.
- Nukha / Eddited by Hugh Chisholm. — 1911 Encyclopædia Britannica. — The Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information: The Encyclopædia britannica company, 1911. — 19 cild. — 846 p.
- Sándor Radó Guide-book to the Soviet Union. — Neuer deutscher verlag, 1928. — P. 756. — 855 p.
- Народы Кавказа: этнографические очерки / Под ред. М. О. Косвена. — Институт этнографии имени Н.Н. Миклухо-Маклая: Издательство Академии наук СССР, 1960. — С. 178.
- George St. George Russia. — Лондон: Batsford, 1973. — P. 190. — 276 p.
- Six cultural sites added to UNESCO’s World Heritage List (ing.). UNESCO World Heritage Centre (2019). Müraciət tarixi: 7 iyul 2019. Arxivləşdirilib (15 may 2012).
- Сегаль И. Л. Елисаветпольская губернии. Впечатления и воспоминания. — Тифлис, 1902. — С. 15.
- Усейнов М. А. История архитектуры Азербайджана. — М.: Государственное издательство литературы по строительству, архитектуре и строительным материалам, 1963. — С. 314-316. — 395 с.
- Мамед-заде К. М. Строительное искусство Азербайджана. — Баку: Элм, 1983.
- Бретаницкий Л.С., Веймарн Б.В. Искусство Азербайджана IV-XVIII веков. — М.: «Искусство», 1976. — 272 с.
- Məhəmmədhüseyn xan Müştaq / Salaman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
- Rzayev N. Nuxa imarətinin yazıları // Nuxa fəhləsi. — Şəki, 06.06.1958.
- Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 1.000 экз.
- Аскарова Н. С. Дворец шекинских ханов. — М.: Стройиздат, 1979.
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Диван бек Вести из Нухи (rus.) // Кавказ. — Тифлис, 05.04.1852. — № 22.
Xarici keçidlər[redaktə | HTML redaktə]
- Sheki, the Khan's Palace (ing.). (2001). Arxivləşdirilib (15 may 2012).
- Домъ, выстроенный Мамадъ-Гасанъ ханом. Описание Шекиниской провинции составленное в 1819 году по распоряжению Главнокомандующего в Грузии Ермолова генерал-майором Ахвердовым и статским советником Могилевским . Aydın Məmmədov (2007). Arxivləşdirilib (15 may 2012).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir. |