Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məhyəddin Abbasov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:M{{Şəxs |Adı = Məhyəddin Abbasov |Orijinal adı = Məhyəddin Paşa oğlu Abbasov |Şəkil = Məhyəddin Abbasov.jpg |Şək...' ilə yarat) tərəfindən edilmiş 21:48, 20 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Məhyəddin Abbasov
Məhyəddin Paşa oğlu Abbasov
Məhyəddin Abbasov
Doğum tarixi 10 fevral 1910(1910-02-10)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa (Şəki)
Vəfat tarixi 28 dekabr 1974 (64 yaşında)
Vəfat yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Uşaqları Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov
Atası Paşa Abbasov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İxtisası jurnalist, pedaqoq
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mükafatları “Böyük Vətən Müharibəsi”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və 12 medal.

Məhyəddin Abbasov (Abbasov Məhyəddin Paşa oğlu; d.  10 fevral 1910, Nuxa (indiki Şəki) – ö.  28 dekabr 1974, Şəki) — 1945 – 1974-cü illərdə “Şəki fəhləsi”/“Nuxa fəhləsi”“Lenin bayrağı” qəzetinin redaktoru.

Haqqında məlumatlar

1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə “Şəki fəhləsi” qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir.

1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildə “Şəki fəhləsi” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində çalışmağa başlayıb. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.

1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri, 1945-ci ildə isə redaktoru olub və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da ilk dəfə “Nuxa fəhləsi”ndə — onun redaktorluğu dövründə çap edilib.

1971-ci ilin dekabrında “Şəki fəhləsi” qəzetinin 50 ilik yubileyi ilə əlaqədar, qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Məhyəddin Abbasova isə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir[1].

Məhyəddin Abbasov redaktorluq fəaliyyəti ilə yanaşı, ömrünün sonuna qədər pedaqoji fəaliyyətini də davam etdirmiş, Maksim Qorki adına 10 saylı orta məktəbdə fizika fənnindən dərs demişdir.

1974-cü il dekabr ayının 28-də dünyasını dəyişmişdir. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.

İstinadlar

  1. "İpəkçi" qəzeti, 20 dekabr 1971-ci il. №34-35 (1087-88)

Xarici keçidlər

Şablon:Yaxşı məqalə