Məmmədşərif Həmidov

WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:M{{Dövlət xadimi |Adı = Məmmədşərif Həmidov |Orijinal adı = |Şəkil = Məmmədşərif Həmidov.jpg |Şək...' ilə yarat) tərəfindən edilmiş 19:12, 27 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Məmmədşərif Həbibulla oğlu Həmidov azərbaycanlı SSRİ generalı.

Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov
Məmmədşərif Həbibulla oğlu Həmidov
Şəxsi məlumatlar
Doğum tarixi 23.2.1917
Vəfat tarixi 1969
Təltifləri "Qırmızı Ulduz" ordeni "Qırmızı Ulduz" ordeni II dərəcəli "Vətən Müharibəsi" ordeni

Həyatı

Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23də Şəki şəhərində anadan olmuşdur. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937-1940 illərdə Şəki komsomol və partiya komitələrində işləmişdir. 1940-cı ildən sovet ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olmuşdur. M.Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirmişdir. Hərbi təhsilini başa verdikdən sonra, o, 1949-1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956-1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışmışdır. O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1960-1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olmuşdur. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir.[1]

Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur Həlak olduğu yerdə – Goranboy-Gəncə avtomobil yolu kənarında xatirə abidəsi qoyulmuşdur. Bakı şəhərində adına küçə, gəmi, Şəkidə isə məktəb var.

İstinadlar

  1. Bəşarət. Nəsillərə nümunə [Mətn]/Bəşarət//Gələrsəngörərsən.- 2008.-№ 3. s. 58-59.