Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Məmmədşərif Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədşərif Həmidov
Həmidov Məmmədşərif Həbibulla oğlu
Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov.
Doğum tarixi 23 fevral 1917(1917-02-23)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 14 fevral 1969 (51 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Ali zabitlər məktəbi (–1945)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1960)
Hərbi fəaliyyəti
Rütbə CCCP army Rank general-major infobox.svg general-mayor
Təltifləri II dərəcəli "Vətən Müharibəsi" ordeni"Qırmızı Ulduz" ordeni — 1944“Moskvanın müdafiəsinə görə” medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Köniqsberqin alınmasına görə" medalı — 1945"Döyüş xidmətlərinə görə" medalı — 1950 "Qırmızı Ulduz" ordeni — 1955

Məmmədşərif Həmidov (1917–1969) — general-mayor, Azərbaycan KP MK üzvlüyünə namizəd, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR hərbi komissarı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

23 fevral 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1932-ci ildə Nuxada texniki-peşə məktəbini,

1945-ci ildə Ali zabitlər məktəbini,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1929-cu ildən – 12 yaşından, Nuxadakı ipəksarıma fabrikində şagird peşəsində əmək fəaliyyətinə başlayıb.

1932-ci ildən V.İ.Lenin adına Nuxa İpək Kombinatında usta peşəsində,

1937 – 1940-cı illərdə isə Nuxa komsomol və partiya komitələrində müxtəlif vəzifələrdə çalışıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1940-cı ildən Sovet Ordusuna xidmətə çağırılıb. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub.

1946 – 1949-cu illərdə Xaçmaz rayon hərbi komissarı,

1949 – 1956-cı illərdə Azərbaycan SSR hərbi komissarlığında şöbə rəisi,

1956 – 1960-cı illərdə Bakı şəhəri hərbi komissarı,

1960 – 1969-cu illərdə Azərbaycan SSR hərbi komissarı vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

1939-cu ildən Sov.İKP üzvü olub.

1966-cı ildə – Azərbaycan KP-nin 27-ci qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd,

1967-ci ildə isə 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobilinin indiki Göygöl – Gəncə avtomobil yolunda qəzaya düşməsi nəticəsində həlak olub. Birinci Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi[redaktə | HTML redaktə]

Həlak olduğu yerdə (indiki Göygöl – Gəncə avtomobil yolunun kənarında) xatirə abidəsi qoyulub.

Adına küçə (Bakı), məktəb (Şəki) və gəmi var.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Гамидов Мамед Шариф Габибула Габибулла-оглы : Картотека награждений : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.
  2. Məmmədşərif Həmidov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 196-197. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Həmidov Məmmədşərif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 230-231. — 1.000 nüsx.
  4. Mete Ə. General Həmidov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 432-434. — 500 nüsx.