Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski – Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü.
Məmmədəmin Şəkinski | |
---|---|
Şəkinski Məmmədəmin Əhməd oğlu | |
Məmmədəmin Şəkinski | |
Doğum tarixi | 9 noyabr 1900 |
Doğum yeri | Aşqabad, Zakaspiysk vilayəti, Rusiya İmperiyası |
Vəfat tarixi | 28 sentyabr 1979 (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | Əkrəm Şəkinski |
Həyatı
1900-ci ildə Aşğabad şəhərində anadan olub.
1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxuyub.
1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasndan sonra müxtəlif hərbi və milis vəzifələr tutub.
1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi[1].
1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub.
1979-cu ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
"Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- ↑ Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку, s. 69