Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmmədəmin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 18:33, 16 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədəmin Şəkinski
Şəkinski Məmmədəmin Əhməd oğlu
Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski
Doğum tarixi 15 mart 1900(1900-03-15)
Doğum yeri Aşqabad, Zakaspiysk vilayəti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 28 sentyabr 1979 (79 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Əkrəm Şəkinski

Məmmədəmin Şəkinski – Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü.

Haqqında məlumatlar

15 mart 1900-ci ildə Aşğabad şəhərində anadan olub.

1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə köçüb.

1917-ci ildən Tiflisdə bolşevik hərakatına qoşulmuş, Qars vilayətində, Nuxa və Ağdam qəzalarında bolşevik təbliğatı aparmışdır.

1918-ci ildə Hümmət partiyasının Aşqabad komitəsinin məsul katibi olub, Aşqabad Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib.

1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.

1920 – 1923-cü illərdə Qızıl ordunun polk hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub.

1923 – 1937-ci illərdə Bakı milis rəisi, Baş milis idarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri olub.

1937 –

1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi.

1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub.

1979-cu ildə Bakıda vəfat edib.

Ədəbiyyat

  • Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
  • Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 504. — 80.000 nüsx.
  • "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.