Məmmədnuru Yusifov (1944–2013) — tanınmış rəhbər kadr, təhsil işçisi və pedaqoq. Müxtəlif illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri, Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri, Şəki şəhər Təhsil Şöbəsinin müdiri olub.

Məmmədnuru Yusifov
Yusifov Məmmədnuru Şakir oğlu
Məmmədnuru Yusifov
M əmmədnuru Yusifov, 1984-cü il.
Doğum tarixi 2 fevral 1944(1944-02-02)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 iyun 2013 (69 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki
Həyat yoldaşı Yusifova Rəfiqə Mikayıl qızı
Uşaqları Aydın, Cavanşir, Eldəniz, Şahin
Atası Şakir Yusifov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası tarixçi-pedaqoq, tarix və ictimaiyyət müəllimi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1963–1967)
Mükafatları "Tərəqqi" medalı

Haqqında məlumatlarRedaktə

2 fevral 1944-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1951 – 1961-ci illərdə əvvəl Nuxa şəhər 16 №-li ibtidai məktəbində, sonra Nuxa şəhər 11 №-li orta məktəbində, daha sonra Nuxa şəhər 1 №-li fəhlə-gənclər məktəbində,

1963 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1960 – 1963-cü illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatında fəhlə işləyib.

1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi,

1970 – 1972-ci illərdə “Bilik” Cəmiyyəti Balakən rayon təşkilatının məsul katibi,

1972-ci ilin mart ayından noyabr ayınadək Azərbaycan KP Balakən Rayon Komitəsi Siyasi Maarif kabinetinin müdiri vəzifəsində çalışıb.

1972 – 1976-cı illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,

1976 – 1977-ci illərdə Şəki şəhər 20 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini,

1977 – 1982-ci illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbinin direktoru olub.

1982 – 1986-cı illərdə Şəki şəhər Xalq Maarif Şöbəsinin,

1986 – 1992-ci illərdə Şəki rayon Xalq Maarif Şöbəsinin,

1993 – 2005-ci illərdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2006-cı ilin yanvar ayından əmək təqaüdünə çıxıb.

İctimai fəaliyyətiRedaktə

  • Müxtəlif illərdə Şəki şəhər sovetinin deputatı və Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü,
  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub.

MükafatlarıRedaktə

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif nazirliyinin fəxri fərmanları;
  • “Tərəqqi” medalı (2005).

VəfatıRedaktə

13 iyun 2013-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.

AiləsiRedaktə

  • Həyat yoldaşı: Yusifova Rəfiqə Mikayıl qızı (d. 1948 – ö. 2019).
  • Övladları: Aydın, Cavanşir, Eldəniz, Şahin.