Məmmədnuru Yusifov
Məmmədnuru Yusifov | |
---|---|
Yusifov Məmmədnuru Şakir oğlu | |
Məmmədnuru Yusifov, 1984-cü il. | |
Anadan olub | 2 fevral 1944 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 13 iyun 2013 (69 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki |
Həyat yoldaşı | Yusifova Rəfiqə Mikayıl qızı |
Uşaqları | Aydın, Cavanşir, Eldəniz, Şahin |
Atası | Şakir Yusifov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçi-pedaqoq, tarix və ictimaiyyət müəllimi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1963–1967) |
Mükafatları |
Məmmədnuru Yusifov (1944–2013) — tanınmış rəhbər kadr, təhsil işçisi və pedaqoq. Sovet dövründə partiya və komsomol orqanlarında da işləmişdir. O cümlədən, müxtəlif illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri, Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri, Şəki şəhər Təhsil Şöbəsinin müdiri olub.
Haqqında məlumatlar
2 fevral 1944-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1951 – 1961-ci illərdə əvvəl Nuxa şəhər 16 №-li ibtidai məktəbində, sonra Nuxa şəhər 11 №-li orta məktəbində, daha sonra Nuxa şəhər 1 №-li fəhlə-gənclər məktəbində,
1963 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1960 – 1963-cü illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatında fəhlə işləyib.
1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi,
1970 – 1972-ci illərdə “Bilik” Cəmiyyəti Balakən rayon təşkilatının məsul katibi,
1972-ci ilin mart ayından noyabr ayınadək Azərbaycan KP Balakən Rayon Komitəsi Siyasi Maarif kabinetinin müdiri vəzifəsində çalışıb.
1972 – 1976-cı illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,
1976 – 1977-ci illərdə Şəki şəhər 20 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini,
1977 – 1982-ci illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbinin direktoru olub.
1982 – 1986-cı illərdə Şəki şəhər Xalq Maarif Şöbəsinin,
1986 – 1992-ci illərdə Şəki rayon Xalq Maarif Şöbəsinin,
1993 – 2005-ci illərdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2006-cı ilin yanvar ayından əmək təqaüdünə çıxıb.
İctimai fəaliyyəti
- Müxtəlif illərdə Şəki şəhər sovetinin deputatı və Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü,
- 1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub.
Mükafatları
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif nazirliyinin fəxri fərmanları;
- “Tərəqqi” medalı (2005).
Vəfatı
13 iyun 2013-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.
Ailəsi
- Həyat yoldaşı: Yusifova Rəfiqə Mikayıl qızı (d. 1948 – ö. 2019).
- Övladları: Aydın, Cavanşir, Eldəniz, Şahin.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1944-cü ildə doğulanlar
- 2 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 13 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə