Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Mərahim Fərzəlibəyov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 03:56, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mərahim Fərzəlibəyov
Fərzəlibəyov Mərahim Fərzəli oğlu
Mərahim Fərzəlibəyov.jpg
Mərahim Fərzəlibəyov, 2015-ci il
Doğum tarixi 26 iyun 1949 (1949-06-26) (72 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ,
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi teatr rejissoru
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000"Şöhrət" ordeni (Azərbaycan)
IMDb ID 1076526

Fərzəlibəyov Mərahim (Fərzəlibəyov Mərahim Fərzəli oğlu; d. 26 iyun 1949-cu il, Bakı, Azərbaycan SSR, SSRİ) — Bakı Bələdiyyə Teatrının rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2000). 2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru olub.

Haqqında məlumatlar

1949-cu ildə Bakıda anadan olub.

Təhsili

Bakıda 56 saylı orta məktəbi bitirib.

1970 – 1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun(ru) rejissorluq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında “Şəfəq” pioner dram dərnəyinin rəhbəri işləyib.

1975 – 1977-ci illərdə təyinatla şəhərindəki Mixail Lermontov adına Qroznı Dövlət Rus Dram Teatrında (Çeçen-İnquş MSSR, RSFSR, SSRİ) quruluşçu rejissor işləyib.

1977 – 1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor,

1981 – 2006-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor,

2006 – 2012-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifələrinə işləyib.

2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur.

Yaradıcılığı

Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında Tennessi Uilyamsın “Arzu tramvayı” dramına, Jan Batist Molyerin “Tartüf” komediyasına, Boris Vasilyevin “Qış gecəsinin nağılı” pyesinə, Alla Sokolovanın “Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin “Yegelyanın səadəti”, uşaqlar üçün Sergey Mixalkovun "“Lovğa dovşan” nağılına səhnə quruluşları verib.

Sumqayıt Dövlət Dram Teatrında G.Bokarevin “Poladəridənlər”, H.Muxtarovun “Mən nənəyə evlənirəm”, P.Pançevin “Məktub”, C.Cabbarlının “Vəfalı Səriyyə”, O.Məmmədovun “Mehrişah”, T.Kazımovun “Muradın kələkləri”, N.Həsanzadınin “Bütün Şərq bilsin”Ş N.Xəzrinin “Mənim arxalandığım” tamaşalarına quruluş verib.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı/Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib. Bunların arasında, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı”, V.Şekspirin “Maqbet”, Anarın “Təhminə və Zaur”, N.Xəzrinin “Torpağa sancılan qılınc”, “Mənsiz dünya”, Q.Lorkanın “Qadın Faciəsi”, “Dişi canavar”, J.Rasinin “Fedra”, C.Məmmədquluzadınin “Ölülər” və s. tamaşalar var.

Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, şeytan və lambada” (1991) və “Ləyaqət” (1982) pyeslərini tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın “Təkan” (“Köksüz budaqlar”), Tofiq Kazımovun tərcüməsində Qarsia Lorkanın “Qanlı toy”, Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin “Abşeronda bir gecə” pyeslərinin tamaşalarını səhnəyə qoyub.

Mükafatları

Filmoqrafiya

  1. Bizim qəribə taleyimiz (film, 2005)
  2. Canavar balası (film, 1997)
  3. Doğan Günəş (film, 2002)
  4. Qəm pəncərəsi (film, 1986)
  5. Qırmızı qar (film, 1998)
  6. Mənim ağ şəhərim (film, 1994)
  7. O dünyadan salam (film, 1991)
  8. Sən həmişə bizimləsən (film, 1997)

Ailəsi

  • Atası: Fərzəli Mustafa oğlu Fərzəlibəyov 1915-ci ildə Nuxada anadan olmuşdur.
  • Oğlu: Samir Mərahim Fərzəlibəyov, rejissordur, 2010-cu ildə İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin (AQD) keçirdiyi müsabiqədə “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Mərahim // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 143 – 146. — 600 nüsx. — ISBN 5-8066-1708-4.