Mahmud Xəlilov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mahmud Xəlilov
Xəlilov Mahmud Yusif oğlu
Mahmud Xəlilov
Mahmud Xəlilov.
Doğum tarixi 19 aprel 1931 (1931-04-19) (93 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi coğrafiya elmlər doktoru
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, meşə təsərrüfatı fakültəsi
Atası Yusif Xəlilov

Mahmud Xəlilov — coğrafiya elmləri doktoru, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

19 aprel 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1949-cu ildə Qazax şəhərində orta məktəbi bitirib.

1949 – 1954-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1954 – 1958-ci illərdə Moskva Aerofoto-Meşəquruluşu Trestinin ikinci ekspedisiyasında taksator kimi Uzaq Şərq, Ural, Sibir və Moskva ətrafı meşələrində meşəquruluşu işləri aparıb.

1959-cu ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaq eroziyası stansiyasında kiçik elmi işçi vəzifəsinə götürülüb.

1964 – 1969-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunda şöbə müdiri,

1969 – 1975-ci illərdə Azərbaycan SSR EA Coğrafiya institutunda baş elmi işçi,

1976 – 1982-ci illərdə Azərbaycan SSR EA Botanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

1982-ci ildən isə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi olub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1964-cü ildə Novoçerkask Mühəndis-Meliorasiya İnstitutunda «Qutqaşen rayonunda torpaq eroziyası və onunla mübarizənin elmi əsasları» mövzusunda namizədlik dissertasiyasını,

1990-cı ildə isə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda «Azərbaycanın meşə ekosistemləri və onların antropogen dinamikası» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

185-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiya və kitabçanın müəllifidir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 58 – 59. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
  2. "Coğrafiya İnstitutunun elmlər doktorları/Xəlilov Mahmud Yusif oğlu". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 31 Jul 2017 – 3 May 2020 tarixində arxivləşdirilib.
  3. "Xəlilov Mahmud Yusif oğlu". http://old.igaz.az/ (azərb.). AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. 27 Nov 2020 tarixində arxivləşdirilib.