Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mustafa Qədimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:48, 2 oktyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search

{{Şəxs

|Adı              = Mustafa Qədimov
|Tam adı          = Qədimov Mustafa İdris oğlu
|Piktoqram        = texnologiya
|Şəkil            = Mustafa_Qədimov.JPG
|Şəklin ölçüsü    = 
|Şəklin izahı     = Mustafa Qədimov.
|Digər adı        = 
|Doğum tarixi     = 15 avqust 1909(1909-08-15)
|Doğum yeri       = Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
|Vəfat tarixi     = 24 mart  1992 (82 yaşında)
|Vəfat yeri       = Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
|Vəfat səbəbi     = 
|Dəfn yeri        = 
|Vətəndaşlığı     = 
|Həyat yoldaşı    = Nazan Əliabbas qızı 
|Uşağı            = Nihat (1938–2018), Rauf (1942), Azər (1953–2018)
|Partnyoru        = 
|Atası            = 
|Anası            = 
|Milliyəti        = 
|Dini             = 
|İxtisası         = 
|Təhsili          =  • N.Nərimanov adına Texnikum (Bakı), elektromexanika şöbəsi (1926–1929)

{{*}M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutu, müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası (1929–1934)

|Fəaliyyəti       = 
|Fəaliyyət illəri = 
|Tanınır          = 
|Mükafatları      = 
|İmzası           = 
|Saytı            = 
|Commons          = 

}} Mustafa Qədimov (1909–1992) — tanınmış energetik-mühəndis; bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.

Haqqında məlumatlar

15 avqust 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Tiflisdə peşə təhsili aldıqdan sonra

1926 – 1929-cu ildə N.Nərimanov adına Texnikumun (Bakı) elektromexanika şöbəsində,

1929 – 1934-cü illərdə M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutunda (müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutuna işə götürülüb. Sonra bir müddət Lenin adına Nuxa İpək Kombinatında, daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə arxa cəbhədə saxlanılıb və 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub.

1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru vəzifəsində, Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində və V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru (1955 – 1957) vəzifəsində çalışmışdır. Sonralar isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik edib və bundan sonra əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri vəzifəsində işləyib.

1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində məsləhətçi mühəndis kimi davam etdirib.

İctimai fəaliyyəti

1950-cı ildə Nuxa Şəhər Sovetinin,

1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Vəfatı

24 mart 1992-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə  cild. — Səh.: 162.