Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Mustafa ağa Şəkixanov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 61: Sətir 61:
 
5 noyabr 1995-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.
 
5 noyabr 1995-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.
  
== İstinadlar ==
+
== İstinadlar və qeydlər ==
 
{{İstinad siyahısı}}
 
{{İstinad siyahısı}}
  

04:45, 5 noyabr 2020 versiyası

Mustafa ağa Şəkixanov
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu
Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov
Təxəllüsü Şuxi
Doğum tarixi 1831(1831-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfatı 5 noyabr 1895 (64 yaşında)
Vəfat yeri Qaraqosı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Atası Kərim ağa Şəkixanov

Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçısı; “Şəki tarixi” adlı bir tarix əsərini və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almış, “Şuxi” təxəllüsü ilə şeirlər yazmışdır.

Haqqında məlumatlar

1831-ci ildə Nuxada anadan olub[1].

1853 – 1857-ci illərdə Nuxada kanvoy[2] vəzifəsində çalışıb.

1857 – 1861-ci illərdə Sankt-Peterburqa girov aparılıb. Orada hərbi təhsil alıb və karnet[3] hərbi rütbəsinə yiyələnib.

1861-ci ildə girovluqdan azad edilib və Nuxaya qayıdıb.

1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakim köməkçisi vəzifəsində işləyib.

1866 – 1895-ci illərdə Nuxa qəzasında özünə məxsus Qaraqosı kəndində yaşayıb[4].

Tarixçi kimi fəaliyyəti

Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən bir neçə cümləlik kiçik hissə 1902-ci ildə çap olunub; əsərin özü isə itmiş hesab olunur[1].

Atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını yazıb[5].

Ədəbi yaradıcılığı

“Şuxi” təxəllüsü ilə şeirlər yazıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunub.

Vəfatı

5 noyabr 1995-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar və qeydlər

  1. 1,0 1,1 Məmmədov A.S., 2009, p. 4.
  2. Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbiçi.
  3. Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
  4. Tahirzadə Ə.Ş., 2005, p. 10.
  5. Tahirzadə Ə.Ş., 2005, p. 88 –93.

Həmçinin bax

Ədəbiyyat

Şablon:Yaxşı məqalə