Mustafa ağa Şəkixanov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 05:40, 5 noyabr 2020 tarixli dəyişiklik

Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçısı; “Şəki tarixi” adlı bir tarix əsərini[1] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[2]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazırdı. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunub.

Mustafa ağa Şəkixanov
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu
Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov
Təxəllüsü Şuxi
Doğum tarixi 1831(1831-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfatı 5 noyabr 1895 (64 yaşında)
Vəfat yeri Qaraqosı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Atası Kərim ağa Şəkixanov

Həyatı

 
Mustafa ağa Şəkixanovun qəbri üzərindəki baş daşı.

1831-ci ildə Nuxada anadan olub[3].

1853 – 1857-ci illərdə Nuxada kanvoy[4] vəzifəsində çalışıb.

1857 – 1861-ci illərdə Sankt-Peterburqa girov aparılıb. Orada hərbi təhsil alıb və karnet[5] hərbi rütbəsinə yiyələnib.

1861-ci ildə girovluqdan azad edilib və Nuxaya qayıdıb.

1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin köməkçisi vəzifəsində işləyib.

1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı kəndində yaşayıb[6].

5 noyabr 1995-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar və qeydlər

  1. Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə çap olunub; əsərin özü isə itmiş hesab olunur(Məmmədov A.S., 2009, s. 4).
  2. Tahirzadə Ə.Ş., 2005, s. 88 –93.
  3. Məmmədov A.S., 2009, s. 4.
  4. Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbiçi.
  5. Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
  6. Tahirzadə Ə.Ş., 2005, p. 10.

Həmçinin bax

Ədəbiyyat

Şablon:Yaxşı məqalə