Nüşabə Ələsgərli

WikiSysop (Müzakirə | töhfələr) (→‎Filmoqrafiya) tərəfindən edilmiş 22:49, 20 dekabr 2020 tarixli dəyişiklik

Nüşabə Ələsgərli — müğənni və aktrisa, musiqişünas və pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Nüşabə Hümmətova
Hümmətova Nüşabə Ələsgər qızı
Nüşabə Hümmətova
Nüşabə Ələsgərli
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1967 (1967-12-21) (56 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→
Flag of Azerbaijan.svg Azərbaycan
Peşələri müğənni, aktrisa

Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015
Commons-logo.svg Commonsda da Nüşabə Hümmətova ilə əlaqəli mediafayllar var

Haqqında məlumatlar

21 dekabr 1967-ci il tarixdə Nuxada anadan olub. Ailəsi Nuxa rayonunun Baş Göynük kəndindən idi. 1976-cı ildə Sumqayıta köçüblər.

Təhsili

1974 – 1976-cı illərdə Şəkidə,

1976 – 1982-cü illərdə Sumqayıt şəhər 26 №-li orta məktəbində oxuyub.

1971 – 1982-ci illərdə Sumqayıt şəhər 3 №-li musiqi məktəbinin fortepiano sinifində,

1982 – 1986-cı illərdə Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində təhsil alıb.

1986-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub.

Əmək və yaradıcı fəaliyyəti

1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivində işləyib. Ansamblında işləyərkən eyni zamanda solo ifaçılıq karyerasına başlayıb. İlk dəfə 1994-cü ildə AzTv-nin Gənclik redaksiyasının çəkdiyi “Yeni il” gecəsində Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə solo olaraq efirə çıxmışdır.

1998-ci ildən Azərbaycan Teleradio şirkətində solist olaraq işləməyə başlayıb. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış edib.

2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətə başlayıb.

Hal-hazırda (2020) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

2018-ci ildə “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” adlı dissertasiyasını müdafiə edib və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[1].

Təltif və mükafatları

Ailəsi

1995-ci ildə ailə qurub. İki övladı var[3].

Filmoqrafiya

İstinadlar

  1. "Nüşabə Ələsgərli fəlsəfə üzrə elmlər doktoru oldu". manevr.az. 30 aprel 2018. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  2. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 10 dekabr 2013. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  3. "Bu gün Azərbaycan Respublikasının əməkdar artisti, müğənni, gözəl və mehriban xanım Nüşabə Ələsgərlinin doğum günüdür". incesenet.az. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.