Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nüşabə Ələsgərli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nüşabə Hümmətova
Hümmətova Nüşabə Ələsgər qızı
Nüşabə Hümmətova
Nüşabə Ələsgərli.
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1967 (1967-12-21) (56 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşələri müğənni, aktrisa

Təhsili

 • Sumqayıt Musiqi Texnikumu (1982–1986)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1986–)
Elmi dərəcəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015
Commons-logo.svg Commonsda da Nüşabə Hümmətova ilə əlaqəli mediafayllar var

Nüşabə Ələsgərli — tanınmış müğənni və aktrisa, musiqişünas və pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllimi.

Haqqında məlumatlar

21 dekabr 1967-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Ailəsi Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndindən idi. 1976-cı ildə isə Şəkidən Sumqayıta köçüblər.

Təhsili

1974 – 1976-cı illərdə Şəki şəhər orta məktəbində,

1976 – 1982-cü illərdə Sumqayıt şəhər 26 №-li orta məktəbində oxuyub.

1971 – 1982-ci illərdə Sumqayıt şəhər 3 №-li musiqi məktəbinin fortepiano sinfində,

1982 – 1986-cı illərdə Sumqayıt Musiqi Texnikumunda təhsil alıb.

1991-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivində işləyib. Ansamblında işləyərkən, eyni zamanda solo ifaçılıq karyerasına başlayıb. İlk dəfə 1994-cü ildə AzTv-nin Gənclik redaksiyasının çəkdiyi “Yeni il” gecəsində Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə solo olaraq efirə çıxmışdır.

1998-ci ildən Azərbaycan Teleradio şirkətində solist olaraq işləməyə başlayıb. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış edib.

2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

Hal-hazırda (2020) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

2018-ci ildə “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” adlı dissertasiyasını müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır[1].

Təltif və mükafatları

Ailəsi

1995-ci ildə ailə qurub. İki övladı var[3].

Filmoqrafiya

İstinadlar

  1. "Nüşabə Ələsgərli fəlsəfə üzrə elmlər doktoru oldu". manevr.az. 30 aprel 2018. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  2. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 10 dekabr 2013. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  3. "Bu gün Azərbaycan Respublikasının əməkdar artisti, müğənni, gözəl və mehriban xanım Nüşabə Ələsgərlinin doğum günüdür". incesenet.az. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.

Ədəbiyyat

  1. Teymurqızı T. (16/04/20). "Vətən mənim içimdədir". https://azadaz.com/ (azərb.). Azadaz.com. 26 Dec 2020 tarixində arxivləşdirilib.