Nübar Rüstəmov — Rusiya DİN-nin istefada olan polkovniki. Uzun müddət Moskvada polis sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2023-cü ildən Şəkidə yaşayır. Ədəbi-bədii yaradıcılığa meyllidir.

Nübar Rüstəmov
Rüstəmov Nübar Niyazi-Məmməd oğlu rus.: Рустамов Нубар Ниязи-Мамед оглы
Nübar Rüstəmov
Nübar Rüstəmov.
Doğum tarixi 1 yanvar 1964 (1964-01-01) (60 yaş)
Doğum yeri Təpəcənnət, Vartaşen rayonu (hal-hazırda Şəki rayonu)[qeyd 1], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Mənsubiyyəti Rusiya DİN
Uşağı 4 uşaq
Təhsili SSRİ DİN Ali Milis Məktəbi(ru) (1989–1994)
Hərbi fəaliyyəti
Xidmət illəri 1987 – 2015
Rütbə polkovnik
İstefada 2015
Adının digər versiyaları Nubar Rustamov, Нүбар Рүстәмов
facebook səhifəsi

Haqqında məlumatlar

1 yanvar 1964-cü il tarixdə Vartaşen rayonunun (hal-hazırda Şəki rayonunun)[qeyd 1] Təpəcənnət kəndində anadan olub.

Təhsili

1972 – 1980-cı illərdə Şəki şəhər 2 №-li internat məktəbində,

1980 – 1983-cü illərdə Şəki şəhər 43 №-li texniki-peşə məktəbində,

1989 – 1994-cü illərdə SSRİ DİN Ali Milis Məktəbində(ru) təhsil alıb.

Hərbi xidmətdə

1983 – 1985-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1987-ci ildən Moskvada əvvəl SSRİ, sonra isə Rusiya DİN sistemində müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə Moskva şəhər Şimali Butovo(ru) rayonunda DİN bölməsi rəisinin müavini vəzifəsindən polkovnik rütbəsi ilə istefaya çıxıb.

Ədəbi-bədii yaradıcılığı

Uşaq yaşlarından poeziyaya meyllidir və şeir yazır. Lakin şeirlərini indiyədək çap etdirməyib.

Qeydlər

  1. 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.