Nübar Rüstəmov
Nübar Rüstəmov | |
---|---|
Rüstəmov Nübar Niyazi-Məmməd oğlu rus.: Рустамов Нубар Ниязи-Мамед оглы | |
![]() | |
Nübar Rüstəmov. |
Nübar Rüstəmov — Rusiya DİN-nin istefada olan polkovniki. Uzun müddət Moskvada polis sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2023-cü ildən Şəkidə yaşayır. Ədəbi-bədii yaradıcılığa meyllidir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1 yanvar 1964-cü il tarixdə Vartaşen rayonunun (hal-hazırda Şəki rayonunun)[qeyd 1] Təpəcənnət kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1972 – 1980-cı illərdə Şəki şəhər 2 №-li internat məktəbində,
1980 – 1983-cü illərdə Şəki şəhər 43 №-li texniki-peşə məktəbində,
1989 – 1994-cü illərdə SSRİ DİN Ali Milis Məktəbində(ru) təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1983 – 1985-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1987-ci ildən Moskvada əvvəl SSRİ, sonra isə Rusiya DİN sistemində müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə Moskva şəhər Şimali Butovo(ru) rayonunda DİN bölməsi rəisinin müavini vəzifəsindən polkovnik rütbəsi ilə istefaya çıxıb.
Ədəbi-bədii yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]
Uşaq yaşlarından poeziyaya meyllidir və şeir yazır. Lakin şeirlərini indiyədək çap etdirməyib.
Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...
...