Nailə Bədəlova

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:54, 20 sentyabr 2021 tarixli dəyişiklik

Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik.

Nailə Bədəlova
Bədəlova Nailə Məmməd qızı
Nailə Bədəlova
Nailə Bədəlova.
Doğum tarixi 8 mart 1913(1913-03-08)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 5 mart 2000 (87 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Kinomexaniklər kursu (Bakı, –1939)

Haqqında məlumatlar

8 mart 1913-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.

Əmək fəaliyyəti

17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və

1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.

1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,

1948-ci ildə «Bakı» kinoteatrında,

1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.

Vəfatı

5 mart 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.