Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nailə Bədəlova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nailə Bədəlova
Bədəlova Nailə Məmməd qızı
Nailə Bədəlova
Nailə Bədəlova.
Anadan olub 8 mart 1913(1913-03-08)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 27 may 2000 (87 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Salman Bədəlov
Uşaqları Fərid Bədəlov və Sevil Bədəlova
Təhsili Kinomexaniklər kursu (Bakı, –1939)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1946"Əməkdə fərqlənməyə görə" medalı — 1967

Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik; uzun müddət Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləmişdir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

8 mart 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb,

1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.

1941 – 1945-ci illərdə Nuxa şəhərindəki “Yeni yol” kino-teatrında, Nuxa rayonundakı Zəyzid, Kiş, Göynük kinoqurğularında filmlər göstərib.

1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,

1948-ci ildə «Bakı» kinoteatrında,

1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.

Digər[redaktə | HTML redaktə]

2010-cu ildə haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, 1 fotoşəkli, kinomexanik vəsiqəsi və kinostudiyaya buraxılış vəsiqəsi qızı Sevil Bədəlova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.

Ailəsi[redaktə | HTML redaktə]

Həyat yoldaşı: Salman Bədəlov Böyük Vətən müharibəsi iştirakçısı olub. O, Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşı idi.

Oğlu: Fərid Bədəlov Azərbaycan Politexnik İnstitutunu bitirib, bir müddət Əfqanıstanda və İranda işləyib, lakin vaxtsız vəfat edib.

Qızı: Sevil Bədəlova Bakı Rəssamlıq Məktəbini və Moskva Universitetinin incəsənət fakültəsini bitirib, müxtəlif illərdə R.Mustafayev adına İncəsənət Muzeyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib, Qafqaz Universitetinin rəsm bölümünün professoru olub. 2010-cu ildə anasının bəzi sənədlərini Dövlət Film Fonduna təqdim edib (amma təhvil-təslim aktında və KİV-də yayılmış məlumatlarda adı səhvən “Sevinc” kimi göstərilmişdir). 2015-ci ildən Türkiyədə yaşayır və orada pedaqoji fəaliyyətlə məşğuldur.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Əliyev R. Günəş və gözəllik // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr. — № 22. — Səh. 25–26.
  2. Cəbrayılov M., Ziyadov B. Qanadlanan arzular // Bakı : qəzet. — 1968. — В. 20 may. — Səh. 3.
  3. Qasımova Ü. Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib : [arx. 20.09.2021] // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.
  4. Məmmədov A. Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlova : [arx. 01.10.2021] // Mədəniyyət qəzeti. — 2021. — 1 oktyabr. — Müraciət tarixi: 01.10.2021.
    Məmmədov A. Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlova // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 1 oktyabr. — № 74 (1851). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 oktyabr 2021.

Video-çarx[redaktə | HTML redaktə]