Namiq Qaffarov — tanınmış mədəniyyət işçisi. Uzun müddət müxtəlif mədəniyyət müəssisələrində rəhbər vəzifələr tutmuş, o cümlədən, 8 il Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin rəisi, 5 il Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru olmuşdur.

Namiq Qaffarov
Qaffarov Namiq Nadir oğlu
Namiq Qaffarov
Namiq Qaffarov
Doğum tarixi 12 iyun 1957 (1957-06-12) (66 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), AzSSR, SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (1975–1979)
facebook səhifəsi

Haqqında məlumatlar

12 iyun 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1964 – 1974-cü illərdə Şəki/Nuxa şəhər 2 №-li orta məktəbində,

1975 – 1979-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1979 – 1981-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

  • Şəki şəhər 19 №-li orta məktəbi, texniki işçi (02.09.1974–02.06.1975).
  • Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi — baş fond mühafizi (01.07.1981–16.06.1982).
  • Şəki şəhər Mədəniyyət şöbəsi, M.F.Axundov adına ziyalılar evi — bədii rəhbər (16.08.1982–14.04.1983).
  • M.F.Axundov adına Şəki şəhər mədəniyyət və istirahət parkı — direktor (14.04.1983–01.01.1992).
  • Şəki şəhər mədəniyyət şöbəsi — müdir müavini (01.02.1992–10.02.1993).
  • Şəki rayon kino-video idarəsi — direktor (11.02.1993–12.12.1995).
  • Şəki mədəniyyət şöbəsi — müdir (14.12.1995–19.09.2000).
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, mədəni-maarif baş idarəsi — rəis müavini və şöbə müdiri (19.09.2000–01.12.2004).
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, regionlarla iş sektoru — sektor müdiri (01.12.2004 – 01.12.2006).
  • Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, regionlarla iş sektoru — sektor müdiri (01.05.2006–23.11.2007).
  • Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsi — idarə rəisi (23.11.2007–11.11.2015).
  • Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı — direktor (14.09.2017–12.12.2022).

2022-ci ildən təqaüddədir.

Ədəbiyyat

  1. Rəis X. Namiq Qafarov: “Şəki teatrının çox böyük ənənələri var” : [arx. 20 Jan 2018 - 20 May 2022] // Kaspi. — 2018. — 18 yanvar. — Müraciət tarixi: 20.09.2023.