Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nazim İbrahimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:N{{eyni ad-soyadlı|Nazim İbrahimov}} {{Dövlət xadimi | azərbaycan dilində adı = Nazim İbrahimov | adın orijinalı = Nazim Asab...' ilə yarat) tərəfindən edilmiş 18:39, 25 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Nazim İbrahimov
Nazim İbrahimov
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
30 sentyabr 2004 — 21 aprel 2010
Sələfi Əşrəf Məmmədov
Xələfi Murad Cabbarlı
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1951 (1951-09-01) (72 yaş)
Doğum yeri Şəki şəhəri

Nazim İbrahimovŞəki şəhər İcra Hakimiyyətinin başçısı (2004-2010-cu illər).

Həyatı

Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakultəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.

1973-1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1974-1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır.

1976-2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır.

2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır.

Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır.

Ailəlidir. İki övladı var.

Xarici keçidlər