Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Nicat Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 39: Sətir 39:
 
2001 – 2006-cı illərdə Şəki şəhər Uşaq İncəsənət məktəbində rəssamlığın sirlərini öyrənib.
 
2001 – 2006-cı illərdə Şəki şəhər Uşaq İncəsənət məktəbində rəssamlığın sirlərini öyrənib.
  
1999 – 2007-ci illərdə rəsm sərgilərində müvəfəqiyyətlə fəal iştirak edib, altı fəxri fərman, üç diplomla mükafatlandırılıb; o cümlədən, 2004-cü ildə Bakı incəsənət Mərkəzinin keçirdiyi I Ümumazərbaycan Uşaq Rəsm Müsabiqəsində Şəki şəhəri və regionu üzrə I yeri tutub.
+
1999 – 2007-ci illərdə rəsm sərgilərində fəal iştirak edib, altı fəxri fərman, üç diplomla mükafatlandırılıb; o cümlədən, 2004-cü ildə Bakı incəsənət Mərkəzinin keçirdiyi I Ümumazərbaycan Uşaq Rəsm Müsabiqəsində Şəki şəhəri və regionu üzrə I yeri tutub.
  
 
2006 – 2010-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kitab qrafiası ixtisası üzrə bakalavr təhsil alıb.
 
2006 – 2010-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kitab qrafiası ixtisası üzrə bakalavr təhsil alıb.

14:26, 2 iyun 2020 versiyası

Nicat Məmmədov
Məmmədov Nicat Səbuhi oğlu
Nicat Məmmədov
Nicat Məmmədov, 2019-cu il
Doğum tarixi 1 oktyabr 1988 (1988-10-01) (35 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, kitab qrafikası ixtisası (2006 – 2010)

Nicat Məmmədov (Məmmədov Nicat Səbuhi oğlu; d.  1 oktyabr 1988-ci il, Şəki, Azərbaycan SSR, SSRİ ) – azərbaycanlı qrafist-rəssam, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “NR-Pro” şirkətinin qrafist-dizayneri. Daha əvvəllər Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist (2019 – 2010), Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam (2016 – 2019) və s. vəzifələrdə işləyib. Azərbaycan Karikaturaçıları Birliyinin (2007) və Azərbaycan Rəssamlar İttifaqının (2017) üzvüdür.

Haqqında məlumatlar

1988-ci il Şəkidə anadan olub.

1995 – 2006-cı illərdə Şəki şəhərindəki 9 saylı rus məktəbində oxuyub.

2001 – 2006-cı illərdə Şəki şəhər Uşaq İncəsənət məktəbində rəssamlığın sirlərini öyrənib.

1999 – 2007-ci illərdə rəsm sərgilərində fəal iştirak edib, altı fəxri fərman, üç diplomla mükafatlandırılıb; o cümlədən, 2004-cü ildə Bakı incəsənət Mərkəzinin keçirdiyi I Ümumazərbaycan Uşaq Rəsm Müsabiqəsində Şəki şəhəri və regionu üzrə I yeri tutub.

2006 – 2010-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kitab qrafiası ixtisası üzrə bakalavr təhsil alıb.

2007 – 2010-cu illərdə Bakı “Çinar” nəşriyyatında uşaqlar üçün bir çox nağıl kitablarında illyustrasiyalarının rəssamı olub.

2009-cu ildə “İki devlet Bir Millet” (ADRA) Azərbaycan – Türkiyə rəsm sərgisində iştirak edib.

2011 – 2012-ci illərdə Çaşıoğlu nəşriyyatında qrafik-rəssam,

2016 – 2019-cu illərdə Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib.

“Xənnas” filminin köməçki rəssamı (2016),

“Aporia” filminin quluşçu rəssamı (2019) olub.

2016 – 2019-cı illərdə Şəki Dövlət Dram Teatrında bir çox tamaşaların quruluşçu rəssamı olub (“Kəlilə və Dimnə” (2016), “Vicdan yükü” (2016), “Davul səsi”(2017)[1], “Kralın yeni libası” (2017), “Gözəlləri necə qaçırıllar” (2017), “Hərənin bir ulduzu”(2018), “Lodos” (2018), “Xəstəlik xəstəsi” (2019) və s.).

2018 – 2019-cu ildə Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist kimi fəaliyyət göstərib.

2012-2020-ci illərdə Şəkidə reklam sahəsində qrafik-dizayner kimi fəaliyyət göstərib.

2020-ci ildən Russiyanın Sankt-Peterburq şəhərində “NR-Pro” şirkətinin qrafist-dizayneridir.

Ailəsi

Rəssam Səbuhi Məmmədovun oğludur.

Ailəlidir iki qızı var.

İstinadlar və qeydlər

  1. 2018-ci il III Beynəlxalq Teatrçılar Forumunun kataloqunda Moskvada 13 ölkənin sırasında Azərbaycanı təmsil edən “Davul səsi”, “Kəlilə və Dimnə”, “Vicdan yükü” dram tamaşalarının səhnə dekorasiyaları da yer almışdır. H.Sayın “Davul səsi” dram əsəri 2018-ci il “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr festivalında da tamaşaya qoyulub.