Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nicat Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nicat Məmmədov
Məmmədov Nicat Səbuhi oğlu
Nicat Məmmədov
Nicat Məmmədov, 2019-cu il.
Doğum tarixi 1 oktyabr 1988 (1988-10-01) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, kitab qrafikası ixtisası (2006–2010)
facebook səhifəsi

Nicat Məmmədov — qrafist-rəssam, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “NR-Pro” şirkətinin qrafist-dizayneri. Daha əvvəllər Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist, Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1 oktyabr 1988-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1995 – 2006-cı illərdə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbində oxuyub.

2001 – 2006-cı illərdə Şəki şəhər Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.

2006 – 2010-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kitab qrafikası ixtisası üzrə bakalavr təhsili alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2007 – 2010-cu illərdə “Çinar” nəşriyyatında (Bakı) uşaqlar üçün bir sıra nağıl kitablarının illüstrasiyalarını hazırlayıb.

2011 – 2012-ci illərdə “Çaşıoğlu” nəşriyyatında qrafist-rəssam,

2012 – 2020-ci illərdə Şəkidə reklam sahəsində qrafist-dizayner,

2016 – 2019-cu illərdə Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam,

2018 – 2019-cu illərdə Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist vəzifəsində çalışıb.

2020-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində “NR-Pro” şirkətinin qrafist-dizayneridir.

Yaradıcılığı[redaktə | HTML redaktə]

1999-cu ildən rəsm sərgilərində fəal iştirak edir; o cümlədən,

2009-cu ildə “İki devlet Bir Millet” (ADRA) Azərbaycan – Türkiyə rəsm sərgisində iştirak edib.

2017-ci ildə “Xənnas” filminin köməkçi rəssamı,

2019-cu ildə “Aporia” filminin quruluşçu rəssamı olub.

2016 – 2019-cı illərdə Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulmuş bir çox tamaşaların quruluşçu rəssamı olub (“Kəlilə və Dimnə” (2016), “Vicdan yükü” (2016), “Davul səsi”(2017)[1], “Kralın yeni libası” (2017), “Gözəlləri necə qaçırıllar” (2017), “Hərənin bir ulduzu”(2018), “Lodos” (2018), “Xəstəlik xəstəsi” (2019) və s.).

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Rəsm sərgilərində altı fəxri fərman, üç diplomla təltif olunub; o cümlədən,

2004-cü ildə Bakı incəsənət Mərkəzinin keçirdiyi I Ümumazərbaycan Uşaq Rəsm Müsabiqəsində Şəki şəhəri və regionu üzrə I yeri tutub.

Digər[redaktə | HTML redaktə]

2007-ci ildən Azərbaycan Karikaturaçıları Birliyinin,

20017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının (2017) üzvüdür.

Ailəsi[redaktə | HTML redaktə]

Rəssam Səbuhi Məmmədovun oğludur.

Ailəlidir, iki qızı var.

Yaradıcılığından nümunələr[redaktə | HTML redaktə]

İstinadlar və qeydlər[redaktə | HTML redaktə]

  1. 2018-ci il III Beynəlxalq Teatrçılar Forumunun kataloqunda Moskvada 13 ölkənin sırasında Azərbaycanı təmsil edən “Davul səsi”, “Kəlilə və Dimnə”, “Vicdan yükü” dram tamaşalarının səhnə dekorasiyaları da yer almışdır. H.Sayın “Davul səsi” dram əsəri 2018-ci il “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr festivalında da tamaşaya qoyulub.