Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Nicat Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:N]][[Kateqoriya:Şəkidən çıxmış rəssam və heykəltəraşlar]]
+
[[Kateqoriya:N]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış rəssam və heykəltəraşlar]]
 
{{Rəssam
 
{{Rəssam
 
  |Adı              = Nicat Məmmədov
 
  |Adı              = Nicat Məmmədov

15:29, 26 iyun 2020 versiyası

Nicat Məmmədov
Məmmədov Nicat Səbuhi oğlu
Nicat Məmmədov
Nicat Məmmədov, 2019-cu il
Doğum tarixi 1 oktyabr 1988 (1988-10-01) (35 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, kitab qrafikası ixtisası (2006 – 2010)

Nicat Məmmədov (Məmmədov Nicat Səbuhi oğlu; d.  1 oktyabr 1988-ci il, Şəki, Azərbaycan SSR, SSRİ ) – azərbaycanlı qrafist-rəssam, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “NR-Pro” şirkətinin qrafist-dizayneri. Daha əvvəllər Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist (2018 – 2019), Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam (2016 – 2019) və s. vəzifələrdə işləyib. Azərbaycan Karikaturaçıları Birliyinin (2007) və Azərbaycan Rəssamlar İttifaqının (2017) üzvüdür.

Haqqında məlumatlar

1988-ci il Şəkidə anadan olub.

1995 – 2006-cı illərdə Şəki şəhərindəki 9 saylı rus məktəbində oxuyub.

2001 – 2006-cı illərdə Şəki şəhər Uşaq İncəsənət məktəbində rəssamlığın sirlərini öyrənib.

1999 – 2007-ci illərdə rəsm sərgilərində fəal iştirak edib, altı fəxri fərman, üç diplomla mükafatlandırılıb; o cümlədən, 2004-cü ildə Bakı incəsənət Mərkəzinin keçirdiyi I Ümumazərbaycan Uşaq Rəsm Müsabiqəsində Şəki şəhəri və regionu üzrə I yeri tutub.

2006 – 2010-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kitab qrafikası ixtisası üzrə bakalavr təhsili alıb.

2007 – 2010-cu illərdə Bakı “Çinar” nəşriyyatında uşaqlar üçün bir sıra nağıl kitablarının illüstrasiyalarını hazırlayıb.

2009-cu ildə “İki devlet Bir Millet” (ADRA) Azərbaycan – Türkiyə rəsm sərgisində iştirak edib.

2011 – 2012-ci illərdə “Çaşıoğlu” nəşriyyatında qrafist-rəssam olub.

2012 – 2020-ci illərdə Şəkidə reklam sahəsində qrafist-dizayner kimi fəaliyyət göstərib.

2016 – 2019-cu illərdə Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib.

2016 – 2019-cı illərdə Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulmuş bir çox tamaşaların quruluşçu rəssamı olub (“Kəlilə və Dimnə” (2016), “Vicdan yükü” (2016), “Davul səsi”(2017)[1], “Kralın yeni libası” (2017), “Gözəlləri necə qaçırıllar” (2017), “Hərənin bir ulduzu”(2018), “Lodos” (2018), “Xəstəlik xəstəsi” (2019) və s.).

2017-ci ildə “Xənnas” filminin köməkçi rəssamı,

2019-cu ildə “Aporia” filminin quruluşçu rəssamı olub.

2018 – 2019-cu ildə Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist kimi fəaliyyət göstərib.

2020-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində “NR-Pro” şirkətinin qrafist-dizayneridir.

Ailəsi

Rəssam Səbuhi Məmmədovun oğludur.

Ailəlidir, iki qızı var.

Yaradıcılığından nümunələr

Şablon:Yaxşı məqalə

İstinadlar və qeydlər

  1. 2018-ci il III Beynəlxalq Teatrçılar Forumunun kataloqunda Moskvada 13 ölkənin sırasında Azərbaycanı təmsil edən “Davul səsi”, “Kəlilə və Dimnə”, “Vicdan yükü” dram tamaşalarının səhnə dekorasiyaları da yer almışdır. H.Sayın “Davul səsi” dram əsəri 2018-ci il “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr festivalında da tamaşaya qoyulub.